Bir müddət Türkiyənin "Qalatasaray" klubunun formasını geyinən, Fil Dişi Sahilinin sabiq futbolçusu Didye Droqbanın sosial mediada müsəlman olduğu və İslamı qəbul etdiyi iddia edilib.
Paylaşımlar Droqbanın dua etdiyi anları əks etdirən fotoşəkillərlə birgə yayılıb. Yazılar qısa müddətdə viral olaraq beynəlxalq mətbuatda yer alıb.
Mövzu ilə bağlı araşdırmalarımızda iddianın ilk olaraq Dr. Məhəmməd Salah adlı "Facebook" istifadəçisi tərəfindən paylaşıldığını görürük.
Məhəmməd Salah paylaşımında "Fildişi məşhur keçmiş futbolçu Didye Droqba İslamı seçdi" ifadələrini işlədib.
Məhəmməd Salah 2005-ci ildən ingilis dilində yayımlanan "Huda Satellite" TV-də dini proqram aparıcısıdır. O, həmçinin bir neçə universitetdə onlayn dərs deyir.
İddianın doğru olmadığı üzə çıxdıqdan sonra o, paylaşımını silib.
Droqba iddiaları yalanlayıb
Didye Droqba fotolar yayıldıqdan sonra "Twitter" hesabında bunu paylaşıb, “Mən dinimi dəyişməmişəm. Bu sadəcə qonaq olduğum kəndimdəki müsəlman qardaşlarıma hörmətim idi” deyərək iddiaları rədd edib.
Droqbanın paylaşımından sonra Salah "Facebook" hesabında verdiyi açıqlamada, “Təəssüf ki, Droqba özünün də dediyi kimi İslamı qəbul etməyib. Lakin biz onun üçün dua edirik ki, İsanın Allahı onu İslama aparsın”, - deyə bildirib.
İddianı yayan Əlcəzair futbol xəbər saytı "Dz Foot.com"un jurnalisti Çebli İshaq da "Twitter" hesabında Droqbanın şəklini paylaşaraq onun İslamı qəbul etməsi ilə bağlı məlumatın doğru olmadığını açıqlayıb.