Delmicron adlı yeni bir variantın ortaya çıxdığı iddiası

Delmicron adlı yeni bir variantın ortaya çıxdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Delmicron koronavirusun mutasiyaya uğramış yeni variantı deyil.

Hindistanlı bir həkim həm delta, həm də omicron yoluxmalarının çox yayıldığı vəziyyəti izah etmək üçün “delmicron” terminindən istifadə edib.

Hindistanın səhiyyə rəsmiləri belə bir variantın mövcud olmadığını açıqlayıb.

SARS-CoV-2 variantları yunan əlifbasına əsasən adlandırılır. Yunan əlifbasında Delmicron hərfi yoxdur.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Omicron variantı dünyanın bir çox yerində təsirini davam etdirərkən, omicron və delta variantlarının birləşməsi ilə yaranan yeni “delmicron” adlı variantın ortaya çıxdığı iddia edilib.

delmicron iddia ekran teyitaz

Delmicron adlı variant yoxdur

Delmicron terminini ilk dəfə hindistanlı Dr. Shashank Josh, Times of India-a verdiyi müsahibədə istifadə edib. Lakin xəbərdə Delmicron, koronavirusun mutasiyaya uğramış yeni bir variantı kimi təqdim edilməyib. Dr. Shashank Joshi, həm delta, həm də omicron variantlarının çox yayıldığı yerlərdəki vəziyyəti izah etmək üçün delmicron ifadəsindən istifadə edib. Dr. Joshi, “Delta və omicronun ikili artışı, delmicron, Avropa ve ABŞ’da yoluxma sunamilərinə səbəb oldu” cümləsindən istifadə etsə də yerli mətbuat qurumları “delmicron”-u yeni bir variant kimi şərh edərək yanlış məlumat yayılmasına səbəb olub.

Hindistanın səhiyyə rəsmiləri belə bir variantın mövcud olmadığını açıqlayıb. Bangalore Tata Genetik və Cəmiyyət İnstitutu müdiri Dr. Rakesh Kumar Mishra, delmicron ifadəsinin yanıltıcı bir termin olduğunu, belə bir variant olmadığını vurğulayıb.

Variantların adı yunan əlifbasından götürülür

Ümumdünya Səhiyyə Təşkilatı variantları rahat izləyə bilmək üçün baş variantların hər birinə yunan əlifbasının hərflərini verir. İlk dəfə Britaniyada aşkarlanan B.1.1.7 variantına alpha, Cənubi Afrikada aşkarlanan varianta isə beta adı verildi.

fotograf varyantlar

SARS-CoV-2 variantları, CDC

Yeni bir variant aşkar edilsəydi adı yunan əlifbasından götürülməli idi. Yunan əlifbasında isə delmicron adında hərf yoxdur. Yunan əlifbasında omicrondan sonra sırada “pi” hərfi olduğu üçün yeni variantın adı “pi” olmalı idi.

Ümumdünya Səhiyyə Təşkilatının da yeni bir variant çıxdığına dair açıqlaması yoxdur. Türkiyədən bəzi etibarlı həkimlər belə bir variant olmadığını dedi.