DARPA-nın koronavirusu aşkarlayan mikroçip hazırladığı iddiası

DARPA-nın koronavirusu aşkarlayan mikroçip hazırladığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

DARPA Biologiya Texnologiyaları Ofisinin işçisi Dr. Matt Hepburn tərəfindən CSBnews-a verilən müsahibə yanlış anlaşılmaya səbəb olub.

Hepburn, daha sonra verdiyi açıqlamada qurumun mikroçip deyil, dəriyə implant olunan və hidrogellə işləyən bir sensor olduğunu deyib.

DARPA tərəfindən əsgərlərin səhhətini anlıq izləmək üçün hazırlanan layihə, vücuddakı kimyəvi dəyişiklikləri analiz edərək şəxslərin səhhətində bir şeylərin tərs getdiyinə dair xəbərdarlıq etmə mexanizmasını daşıyır.

Sensor, bir şəxsə koronavirus yoluxub yoluxmadığını aşkarlaya biləcək formada hazırlanmayıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Covid-19 ortaya çıxdıqdan sonra şübhəli məlumatlar da internetdə sürətlə yayılmağa başladı. Virus ilə əlaqələndirilən yanlış məlumatlar arasında mikroçip iddiaları da sosial şəbəkədə paylaşılırdı. Əvvəllər qarşımıza “peyvəndlər ilə mikroçip yerləşdiriləcəyi” formasında çıxan iddialar bu dəfə virusa yoluxmanın erkən aşkarlanması üçün hazırlandığı şəklində paylaşılıb. 

Belə ki, xəbər saytlarında və sosial mediada paylaşılan məlumatda, alimlərin koronavirusa yoluxmanı, xəstəliyin hər hansı bir əlaməti ortaya çıxmadan əvvəl aşkarlaya bilən bir mikroçip hazırladığı iddia edilib. İddialarda bu mikroçipin ABŞ ordusunun pandemiyaya qarşı tədqiqiat və inkişaf mərkəzi olan DARPA tərəfindən hazırlandığı məlumatına yer verilib. Bəzi xəbər saytları isə məlumat ilə birlikdə həmin mikroçiplərin ilk fotolarının da yayıldığını bildirib.

teyitaz darpa mikrocip covid

Hidrogel sensorları Covid-19 testini əvəz etmək məqsədi daşımır

İddia ilə bağlı araşdırma apardıqda, ABŞ-ın Müdafiə İstiqamətli Tədqiqat Layihələri Agentliyinin (DARPA) Biologiya Texnologiyaları Ofisində işləyən, Dr. Matt Hepburn tərəfindən verilmiş müsahibəyə əsaslanan xəbərlərə rastlayırıq. 

2021-ci ilin aprel ayında CBSnews xəbər agentliyinə verilən müsahibədə, Pentaqonun da dəstəyini alan qurumun Covid-19 pandemiyası ilə mübarizədə üzərinə işlədiyi layihələrdən bəhs edilir. CBSnews-da yayınlanan xəbərdə, qurumun Covid-19 pandemiyasının və gələcəkdə baş verə biləcək başqa xəstəliklərin qarşısını almaq üçün hazırda üzərində işlədikləri layihələrdən bəhs edilib. Mikroçiplərdən bəhs edilən hissədə, Hepburn, 2020-ci ildə ABŞ-ın USS Theodore Roosevelt adlı gəmisində baş verən Covid-19 yoluxmalarını misal gətirir və jurnalistə dərialtı implant ilə gəmi heyətindəki hər kəsin tibbi vəziyyəti izlənsəydi necə olardı sualını yönləndirir. Daha sonra bu cür gelə bənzər bir sensor sayəsində “vücudda baş verən kimyəvi reaksiyaların izlənə biləcəyindən və alınan siqnallar sayəsində sabah simptomlarun yarana biləcəyinə dair məlumat əldə etmənin mümkün olmasından” bəhs edib. Lakin yazıda birbaşa DARPA-nın mikroçip hazırladığına dair məlumat verilməyib.

Daha sonra xəbər saytlarında “DARPA-nın Covid-19 yoluxmalarını aşkarlaya bilən bir mikroçip hazırladığına” dair məlumat mediada yayıldıqda, Hepburn, yeni bir müsahibə verərək məsələyə aydınlıq gətirib. Newsweek jurnalına danışan Hepburn, mövzunun yanlış anlaşılmaya yol açdığını bildirib. Açıqlamasında, Pentaqonun pandemiyalarla mübarizə aparmaq üçün daim layihələr üzərində işlədiyini söyləyən həkim, bu layihələrdən birinin də işıq siqnalları ilə hidrogel vasitəsilə işləyən sensorlar olduğunu deyib. Covıd-19-a yoluxmanı və başqa bir xəstəliyi əvvəlcədən aşkarlamayan bu sensorların, sadəcə vücuddakı kimyəvi reaksiyaları ölçdüyü və beləliklə həmin şəxsin səhhətində düzgün getməyən bir şeylər olduğunda xəbərdarlıq vəzifəsi gördüyünü qeyd edib. 

Layihə əsgərlərin səhhətini izləmək üçün hazırlanıb

Google-da DARP-ın hidrogel layihəsini araşdırdıqda, Biologiya Texnologiyaları ofisinin 2016-cı ildə bir xəbərə rast gəlirik. Xəbərdə ordudakı əsgərlərin səhhətinin daima izlənə bilməsi üçün kimyəvi reaksiyaları ölçən bir sensor layihəsinə, Profusa, Inc-nin DARPA-dan və ABŞ Ordusu Araşdırma Ofisindən (ARO) 7 milyon 500 min dollar fon aldığından bəhs edilir. Bu biosensorlar, hər hansı bir elektronik vəya metal cismə ehtiyac olmadan, vücud dərisinə inteqrasiya olunmuş şəkildə çalışır. İçərisində ağıllı hidrogellər olan bu sensor vücuddakı dəyişikliklərə əsasən işığa məruz qaldıqda parıldaya bilir. 

Axtarış motorunda açar sözlərlə axtardıqda DARPA tərəfindən hazırlanmış bir mətndə də həmin hidregeldən bəhs edildiyini görmək mümkündür.

teyitaz darpa mikrocip covid darpa pdfinden gorsel

DARPA-nın mətnində hidrogel ilə bağlı məlumatın verildiyi hissə

Fotoların mikroçip ilə əlaqəsi yoxdur

Bəzi xəbərlərdə iddia fotolarla birlikdə paylaşılıb. Fotolardan biri CBSnews-da müsahibə verərkən Dr. Matt Hepburn tərəfindən hidrogel nümunəsi olaraq göstərilib.

Digər fotonun isə hardan olduğunu araşdırdıqda “Mbio Diagnostics Rapid Testing” adlı cihaza dair məlumatlar tapırıq. Cihazla bağlı paylaşılan xəbərlərdə Covid-19 testi üçün hazırlandığı məlumatı verilib

teyitaz darpa mikrocip mbio cihazi

Fotodakı cihazın axtarış motorunda çıxan fotosu

Bu cihazın DARPA ilə əlaqəsinə dair axtarış etdikdə isə 2020-ci ildə DAPA-nın test hazırlama müqaviləsi çərçivəsində şirkəti 1 milyon 500 min dollar fonla təmin etdiyini görürük.

İddia daha əvvəl Newsweek, USA Today tərəfindən yanlış olduğu ortaya qoyulub. DARPA daha sonra Newsweek tərəfindən yayınlanan yazını paylaşaraq çip iddiasını təkzib edib.

Yeniləmə: 03/05/2021

Sfera.az tərəfindən xəbərin düzəliş edildiyi məlumatı əlavə olundu