Sosial mediada edilən paylaşımlardan birində dağıntılar altından çıxarılan fotonun zəlzələdə zərər çəkən ailələrdən birini göstərdiyi iddia edilib. Paylaşımın altına rəy yazan şəxslərin çoxu fotoya baxarkən kədərləndiyini bildirib.
Foto stok şəkillərin arasında yer alır
Əks şəkil axtarışı üsulu ilə araşdırılarkən həm iddiada sözügedən gedən fotonun, həm də oxşar fotoların yer aldığı stok şəkil saytlarına rast gəlirik. Foto “müasir ailə” və “uşaqlı gənc ailə” kimi başlıqlarla ödənişsiz stok şəkilləri yer alan “Freepik” adlı saytda nümayiş olunur. Sözügedən foto bu zamanadək əmlak, sığorta, su təmizləmə və dərman şirkətlərinin reklam kontentlərində istifadə olunub.
Üz tanıma platforması olan “PimEyes”də axtarışa verilərkən fotonun yer aldığı digər stok şəkil saytlarına da rast gəlmək mümkündür.
Axtarış nəticələri arasında Lidiya Koşarskanın sosial media hesabları da qarşımıza çıxır. Bu hesaplara baxarkən fotonun Lidiya Koşarska və ailəsinə adi olduğu ortaya çıxır. Koşarskanın sosial media hesablarında yer alan ailə fotolarının bir çoxu stok şəkil saytlarına yüklənib.