Sosial şəbəkədə paylaşılan bir videonun peyvənd vurulduqdan sonra ölən tibb bacısını göstərdiyi iddia olundu.
Tibb bacısı sağdır
Tiffany Dover adlı tibb bacısı, ABŞ-dakı CHİ Memorial adlı xəstəxanada 17 dekabr 2020-ci ildə Pfizer-BioNTech-in Covid-19 peyvəndini vurduran tibb işçilərindən biridir. Peyvənd olunan beş tibb işçisindən biri olan Dover, peyvənd vurulduqdan sonra başının gicəlləndiyini dedi və kömək istədi. Huşunu itirdikdən qısa bir zaman sonra yenidən kameranın qarşısına keçən Dover adlı tibb bacısı, bu vəziyyətin şəxsi narahatlığından baş verdiyini, bədəninin bəzi şeylərə bu cür reaksiya verdiyini söylədi.
ABŞ-ın Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzinin (CDC) məlumatına əsasən peyvəndlərdən sonra bunun kimi reaksiyalar normal və zərərsizdir. “Senkop” adı verilən bu hadisə ağrı yaxud gərginlik səbəbindən beyinə gedən qanın müvəqqəti olaraq azalmasına deyilir. Peyvəndin vurulduğu CHI Memorial adlı xəstəxanadakı həkimlər də huşunu itirmə hadisənin peyvənd ilə əlaqədar olmadığını açıqlayıb.
Hadisədən sonra 19 dekabr 2020-ci ildə xəstəxana Twitter hesabından açıqlama verərək Dover adlı tibb bacısının evə olduğunu və özünü yaxşı hiss etdiyini bildirdi. Açıqlamanın şübhələri yox etməməsinin ardından xəstəxana 21 dekabrda Doverin də göründüyü yeni bir video paylaşdı. Videoda digər tibb bacılarının Dover adlı tibb bacısına dəstək verdiyi görülür.
Peyvənd vurulduqdan sonra Facebook hesabını bağlayan Doverin qohumları ilə birlikdə çəkdirdiyi 20 dekabr 2020-ci il tarixli fotoları da mövcuddur. Fotolardan tibb bacısının sağ olduğunu və səhhətinin normal olduğunu görmək mümkündür.
Tibb bacısının Covid-19 peyvəndinə görə huşunu itirdiyi iddiası fərqli ölkələrdə də gündəmə gəldi. AP, Reuters və Snopes kimi qurumlar da bu hadisənin peyvənd ilə əlaqədar olmadığını vurğuladı.