Aziz Sancara aid olduğu iddia edilən Twitter hesabı

Aziz Sancara aid olduğu iddia edilən Twitter hesabı

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Sitat Aziz Sancar adına açılan parodiya hesabdan paylaşılıb.

Twitter tərəfindən təsdiqlənən profildə belə paylaşım mövcud deyil.

Təsdiqlənmiş hesab Aziz Sancarın məlumatı daxilində açılıb və 2017-ci ildən bəri istifadə edilmir.

Aziz Sancar sosial mediadan istifadə etmədiyini və bu paylaşım ilə bir əlaqəsi olmadığını Teyit-ə açıqladı.

Aziz Sancarın qohumu Ülkü Sancar da onun sosial media istifadə etmədiyini dəfələrlə vurğulayıb, bəzi saxta hesablar üçün hüquqi yola əl atdıqlarını açıqlamışdır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Covid-19-a qarşı hazırlanan peyvəndlərlə bağlı xəbərlər artdıqca peyvənd əleyhdarlarının da internetdə əks hücumu davam edir. Nobel mükafatı sahibi Aziz Sancarın hesabından paylaşıldığı iddia olunan Virusu yayan ölkə Çin, Vaksinsiz qalib gələn ölkə Çin, Vaksini tapıb dünyaya satan ölkə yenə Çin” cümlələri də bunlardan biridir.

aziz sancar virus iddiasi

İddianın mənbəyi parodiya hesabdır

Sosial mediada detallı araşdırdıqda bu ifadənin türk dilində olan versiyasını tapmaq mümkündür. İddianın mənbəyini araşdırdıqda isə Aziz Sancar adına açılan InstagramTwitter profilləri diqqət çəkir. 

aziz sancar parodi hesap twitter

Parodiya hesabın Twitter paylaşımı

aziz sancar parodi instagram paylasimi

Parodiya hesabın Instagram paylaşımı.

Lakin bu hesablar rəsmi deyil, yəni hesabdan paylaşım edən Aziz Sancar deyil. Bunu həmin hesabların bioqrafiya qisminə nəzər keçirdikdə yazılan “Parody Account” ifadəsindən başa düşmək olur.

parodi hesap aziz sancar ins sayfa

parodi hesap aziz sancar twitter

Aziz Sancarın istifadə etdiyi sosial media hesabı yoxdur

Teyitin mövzu ilə bağlı əlaqə saxladığı Aziz Sancar da bu paylaşımla bir əlaqəsi olmadığını vurğuladı. 2015-ci ildə açılan rəsmi hesabdan 2017-ci ildən bəri paylaşım edilmədiyini açıqlayan Sancar, sosial mediadan istifadə etmədiyini də vurğuladı. Sancar Türkiyədəki qohumlarının bu hesabları bağlatdırdığını, lakin hər dəfə yenilərinin açıldığını da sözlərinə əlavə etdi.

Aziz Sancarın qohumu Ülkü Sancar son zamanlar internetdəki paylaşımların ardından hesabın Aziz Sancara aid olmadığını və hüquqi yola əl atdıqlarını  bildirib.

Aziz Sancar adına açılan “@AzizGwenSancar” istifadəçi adına sahib və Twitter tərəfindən rəsmi olaraq təsdiqləndiyini göstərən işarəli profildə isə ən son paylaşım 2017-ci ildə olub. 

Ülkü Sancar  “@AzizGwenSancar” istifadəçi adına sahib təsdiqli hesabın məlumatları daxilində Aziz Sancar fanatları tərəfindən rəsmi açıqlamalar üçün açıldığını daha əvvəl dilə gətirmişdi. Aziz Sancar da Teyit-ə açıqlamasında bunu təsdiqlədi.

aziz sancar resmi aciklama