Colgate sözünün ispanca özünü as mənasına gəldiyi üçün satışlara təsir etdiyi iddiası

Colgate sözünün ispanca özünü as mənasına gəldiyi üçün satışlara təsir etdiyi iddiası

Bu məqalə 1 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Uzun müddətdir sosial şəbəkələrdə diş məcunu Colgate-in adının ispan dilində özünü as mənasına gəldiyi və bu səbəbdən satışların statistikaya əsasən İspaniyada az olduğu iddia edilib.

teyitaz colgate ekran

Açar sözlər ilə axtarış etdikdə bu iddianın xarici dillərdə də “go hang yourself” şəklində iddianın yayıldığını görürük. İspan dilində lüğətlərə nəzərdə yetirdikdə ingilis dilində “hang” felinin ispan dilində “colgate” mənasına gəlmədiyini görürük. Lüğətlərdə asmaq felinin ədliyyə kontekstində ən çox istifadə edilən qarşılığının “ahorcar” olduğu qeyd edilib. 

teyitaz colgate sozluk adli kullanim

“Divara asmaq”, “paltonu asmaq” kimi mənalarda sinonim olan fel isə “colgar” verilib. Colgar feli bir lüğətdə verilən nümunədə “məhkum olan bir şəxsi asmaq” kimi də istifadə olunub - “colgar a un condenado a muerte”. Lakin bu felin zamanlara və şəxsə görə formalarına nəzər yetirdikdə colgate “colgate” formasında istifadəsinə rastlanmır

Colgate kəliməsinə yazılış olaraq ən çox bənzəyən söz isə “colgante” yəni boyunbağı sözüdür. Teyit, mövzu ilə bağlı IFCN imzaçısı Argentinada fəaliyyət göstərən fakt yoxlama quruluşu Chequeado-nun redaktorlarından Juan José Domínguez ilə əlaqəyə keçdi. Domínguez, verdiyi məlumatda digər ispanca ləhcələrdə “özünü asmaq” mənasına gələn "cuélgate" əmr formasının Argentina ləhcəsində “colgate” olduğunu, lakin Colgate diş məcunu firmasının Argentinada çox köhnə brend olduğunu və ümumiyətlə insanların bunu “özünü asmaq” faktı ilə əlaqələndirməyini bildirib. Eləcə də Argentina və ya İspan ləhcəsindən asılı olmayaraq, ispan dilində özünü asmaq felinin ən uyğun qarşılığının "cuélgate" və ya "colgate" deyil, "ahórcate" və ya "ahorcate" olduğunu vurğulayıb.

Argentinada Colgate məhsullarının istifadəsinə dair keçmiş datalara nəzər yetirdikdə, 2017-ci ildə şirkətin ağız baxımı məhsullarında bazarın 62 faizinə sahib olduğunu görürük. Digər yandan şirkətin yayınladığı 2020-ci ilin dördüncü yarısı hesabatında, Latın Amerikası ölkələrində, xüsusilə Argentina, Braziliya, Meksika və Kolumbiya liderliyində satışların 20 faiz artdığı bildirilib.

Faktlar

  • İspanca özünü asmaq mənasında ən uyğun fel “ahorcar”-dır.
  • Teyitin əlaqəyə keçdiyi Argentina mərkəzli fakt yoxlama quruluşu “özünü asmaq” kimi tərcümə edilən ispanca “cuélgate” əmir formasının Argentina ispancasında “colgate” olduğunu lakin “özünü asmaq” faktı ilə əlaqələndirilməyidini bildirib.
  • Datalar Argentinada Colgate şirkətinin satışlarında artış olduğunu göstərir.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
daxili.tv, 534 etkileşim aldı. 28/12/2021
bilinmeyenfaktlar, 1.670 etkileşim aldı. 08/06/2021
qeribe_melumatlar_aze, 1.239 etkileşim aldı. 19/06/2021
hamısını göstər
whatsapp banner az