ABŞ seçkilərində Demokratiya Partiyasından 46-cı ABŞ prezidenti olaraq seçilən Co Bayden, 24 aprel 2021-ci ildə verdiyi açıqlamada, 1915-ci ildə baş verən hadisələr üçün “soyqırım” ifadəsindən istifadə edib. Açıqlamadan sonra sosial şəbəkələrdə Baydenin bu ifadəni istifadə edən ilk ABŞ prezidenti olduğuna dair məlumat paylaşılıb.
1915-ci ildə aparılan köçürmənin başladığı gün olaraq qəbul edilən aprel ayının üçüncü həftəsində, ABŞ prezidentləri də mütəmadi olaraq açıqlamalar verir. ABŞ prezidenti Co Bayden tərəfindən verilən sonuncu yazılı açıqlama isə 24 aprel 2021 tarixinə aiddir. Bayden, açıqlamasında 1915-ci il köçürülmə zamanı yaşanan hadisələri “soyqırım” adlandıraraq aşağıdakı ifadələrə yer verib:
“Hər il bu tarixdə, Osmanlı dövründə baş verən erməni soyqırımında həyatını itirənləri anırıq və özümüzü belə bir vəhşiliyin bir daha baş verməməsinə həsr edirik. ”
Baydenin açıqlaması simvolikdir, lakin ilk deyil
Baydenin 24 aprel kimi bir simvolik tarixdə bu açıqlamanı verən ilk prezident olduğu doğrudur. Lakin baş verənlər haqqında “soyqırım” ifadəsini ilk dəfə istifadə edən şəxs Bayden deyil. ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan, 22 aprel 1981-ci ildə verdiyi yazılı açıqlamasında eyni ifadədən istifadə edib. Daha əvvəl də şifahi şəkildə bir çox prezident bu ifadəyə nitqində yer verib. Klinton və Obamanın da ABŞ-da erməni diasporasına bənzər vədləri verdiyi bilinir.
Lakin bu günə qədər hakimiyyətdə olan ABŞ prezidentləri 24 aprel tarixli açıqlamalarında “böyük fəlakət” kimi ifadələri seçərək, birbaşa soyqırım ifadəsini istifadə etməkdən çəkinirdi. Baydeni bu mövzuda ilk edən şey də məhz budur, ifadəni istifadə etməsi deyil. Açıqlamanın bu tarixi əhəmiyyəti, sosial media istifadəçilərinin onu həqiqətən də "ilk" kimi qəbul etməsinə səbəb olmuş ola bilər.
Mərkəzi Vaşinqtonda yerləşən Milli Erməni İnstitununun internet səhifəsində də bugünədək mövzu ilə bağlı açıqlama verən ABŞ prezidentlərinin nitqləri mövcuddur. Reyqan da, Holokost Qurbanlarını Anma Günləri ilə bağlı verdiyi açıqlamada “erməni soyqırımı” ifadəsindən istifadə edib. Açıqlamanın tam mətni Reyqanın muzey və kitabxanasında da var.
Reyqan tərəfindən 1981-ci ildə verilən yazılı açıqlamada, nazilərin törətdiyi Yəhudi Soyqırımı ilə birlikdə Erməni və Kambocalı Soyqırımlarının da anılmasının vacib olduğunu ifadə edib.
Reyqanın açıqlaması 24 aprel tarixinə aid olmadığı üçün baydenin açıqlaması "tarixi" olaraq dəyərləndirilsə də bu ifadənin Ağ Ev tərəfindən istifadəsi ilk deyil.
Holokost, ikinci dünya müharibəsində nazilərin yəhudiləri kütləvi şəkildə yox etməyə çalışmasının nəticəsində baş verən hadisələrə verilən addır. Soyqırım ifadəsi ilk dəfə 1941-ci ildə Polşa əslli yəhudi yazar Rafael Lemkin tərəfindən istifadə edilib. Lemkin o dövrdə Osmanlının ermənilərə etdiklərinin də retrospektiv şəkildə bu ifadəyə aid olmalı olduğunu irəli sürmüşdü. Müzakirə də beləcə başlayıb.
Bu ifadə, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına “Etnik, milli, dini ya da irqi bir cəmiyyətin bütövünün ya da bir qismini məhv etməyə yönəlik cinayət fəaliyyətləri” şəklində daxil olub.
Erməni diasporası baş verən hadisələr zamanı həyatını itirənlərin sayını 1.5 milyon, Türkiyə isə 300 min olaraq qəbul edir. Beynəlxalq Soyqırım Araşdırmaçıları Dərnəyinə əsasən isə 1 milyondan çox erməni həyatını itirib.
Dünyada hal-hazırda 20-dən çox ölkə baş verənləri soyqırım olaraq adlandırıb. Fransada hadisələri soyqırım olaraq adlandırmamaq da qadağandır. Türkiyədə isə əksinə, bu ifadəni istifadə etmək 301-ci maddəyə əsasən qanuna ziddir. Diaspora, 24 aprel tarixində verilən açıqlamalar və soyqırım adlandırılmasının dövlətlər səviyyəsində tanınması üçün uzun müddətdir böyük mübarizə aparır.
Tükrkiyə isə müharibə zamanı ermənilərə yönəlik sistemli şəkildə qətliam tətbiq edilmədiyini, erməni xalqını yox etməyə çalışılmadığını, müharibə şərtlərində hər iki tərəfdən də çox itkilərin yaşandığını müdafiə edir.
Bayden ilə olan seçki yarışını itirən əvvəlki ABŞ prezidenti Donald Trump da baş verən hadisələr üçün “Meds Yeghern" yəni "Böyük fəlakət" ifadələrini istifadə edib. Obama da eyni ifadədən istifadə edib.