Çincə böhran sözünün fürsət mənasına gəldiyi iddiası gündəmdə sıx-sıx müzakirə edilir. İddiaya görə çincə böhran mənasına gələn “weiji” sözü ayrılıqda “təhlükə” mənasını verən “wei” və “fürsət” mənasına gələn “ji” sözlərindən yaranıb.
İnternetdə axtarış edərkən bu iddia ilə bağlı ilk Azərbaycanda paylaşımların 2010-cu ildən olduğunu görürük. Bloq və köşə yazılarında yer alan iddia sosial medianın həyatımıza girməsi ilə daha da yayılıb.
Çincə böhran sözü hansı mənaya gəlir?
Qulağa nə qədər romantik gəlsə də bu iddia gerçəyi əks etdirmir.
“Çincə böhran sözü, təhlükə və fürsət” açar sözləri ilə ingiliscə axtarışa verilərkən iddianın ilk dəfə ABŞ-ın keçmiş prezidenti Con Fitscerald Kennedi tərəfindən istifadə edildiyi ortaya çıxır.
Buradan yola çıxaraq yenidən “Google”da axtarış edərkən isə Kennedinin 1959-cu il aprelin 12-də etdiyi çıxışda bu cümləyə yer verdiyini görürük:
“Çincə yazılarkən “böhran” sözü iki simvoldan ibarət olur. Biri təhlükəni, digəri fürsəti təmsil edir. Təhlükə işarələri ətrafımızdadır. Məhsuldarlıq gücümüzün yarısından daha azına sahib SSRİ hərb elmi və texnologiyasının bəzi vacib sahələrində bizimlə eyni səviyyəyə çatıb. İkinci Dünya Müharibəsindən bu yana zərər görmüş Rusiya fabriklərini yenidən inşa edib, çaylarını müəyyən səviyyəyə gətirib və insan gücünü uzun zamandır üstün olduğumuz bir çox elm və texnologiya sahəsində bizə meydan oxuyacaq dərəcəyə çatdırıb. “Sputnik” rus xalqının birinci dərəcəli ehtiyacları bahasına elmi təhsil və inkişafa sovet konsentrasiyasının göstəricisi olan simvoldur”.
“Google”da axtarışa davam edərkən Pensilvaniya Universitetinin Çin dili və ədəbiyyatı professoru Viktor H. Meyrin mövzu ilə bağlı yazısı ilə qarşılaşırıq. Meyr bir çox mandarin sözündə olduğu kimi “böhran” ( wēijī ) sözünün qarşılığının wēi (危) və jī (機/机) olmaqla iki ayrı işarə ilə yazılmış iki hecadan ibarət olduğunu bildirib.
Meyr çincə böhran sözünün təhlükə və fürsəti ifadə edən iki hissədən ibarət olduğu iddiasının həqiqəti əks etdirmədiyini, lakin əsasən mandarin dilində və digər sinitik dillərdə terminlərin necə yarandığına dair yanlış düşüncədən qaynaqlandığını qeyd edib.
Meyrə görə böhran sözü ilə bağlı yanılanlar çincə bu sözü tək işarə olaraq ələ alırlar.
Mairin məqaləsindən götürülən foto.
Meyrin diqqət çəkdiyi digər önəmli nüas isə ayrılıqda ji sözünün daşıdığı mənadır:
“Əslində “wēijī”nin “jī”si “başlanğıc anı, kritik nöqtə (bir şey başlayarkən və ya dəyişərkən)” mənasına gəlir. Bu səbəbdən weijī həqiqtən də böhran, təhlükəli an, işlərin tərs getməyə başladığı zamandır. Weijī şəxsin özəlliklə diqqətli olmalı olduğu təhlükəli vəziyyətə işarədir. Biri avantaj və fayda axtarışına çıxarkən bağlantı nöqtəsi deyil”.
Yəni söz iki fərqli mənanı bir arada daşımır.
Çincə “böhran sözünün etimologiyası” ifadələri ilə axtarış edərkən Çinin ən çox istifadə olunan axtarış platforması olan Baidu vasitəsilə böhran (危机 [wēi jī]) sözünün yer aldığı səhifəni tapırıq. Sözün bütün mənalarının yer aldığı və bu mənaların cümlə daxilində işlədildiyi səhifədə böhran sözünün fürsət mənasına gəldiyi ilə bağlı hər hansısa fakta rast gəlinmir.