CDC-nin Delta variantı və maska haqqında tövsiyəsinə dair iddia

CDC-nin Delta variantı və maska haqqında tövsiyəsinə dair iddia

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İddiada CDC rəsmisinin reportajının sadəcə bir qismi verilib.

Walensky, maska qaydalarının bölgələrə əsasən müəyyənləşdirilməli olduğunu deyir.

ABŞ-da yetkin əhalinin üçdə ikisi peyvənd olub və peyvəndlərin Delta variantından da qoruduğu bilinir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) SARS-CoV-2-nin delta variantından qorunmaq üçün hər iki doz peyvənd vurduranların da maska taxmalı olduğunu deyir. Digər yandan xəbər saytında verilən məlumatda ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) , peyvənd olunanların Delta variantından qorunmaq üçün maska taxmasına ehtiyac olmadığını söylədiyi iddia edildi.

cdc delta iddia ekrani teyitaz

CDC-ə əsasən maska ilə bağlı qaydalar şərtlərə görə müəyyənləşdirilməlidir

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəsmisi Dr. Rochelle Walensky verdiyi açıqlamada hər iki doz peyvənd olanların Delta variantından qorunmaq üçün maska taxmasına ehtiyac qalmadığını demir, ABŞ-da yaşayan və hər iki dpz peyvənd olan şəxslərin ölkədəki variantlardan qorunduğunu deyir.

Sözügedən reportajın tam versiyasını Today media qurumunun öz saytında tapmaq mümkündür. Aparıcı ÜST-ün peyvənd olanlara da maska taxmağı tövsiyə etdiyi üçün insanlarda anlaşmazlığa yol açdığını söyləyərək CDC-nin bu mövzuda nə tövsiyə etdiyini soruşur. Walensky cavabında, dünyada sadəcə 15 faizlik bir qismin peyvənd olduğunu və ÜST-ün də qlobal kontekstdə buna əsasən tövsiyələr verməli olduğunu vurğulayır.

CDC rəsmimi ABŞ-ın üç fərqli peyvəndə sahib olduğu və ümumilikdə üçdə ikisinin peyvən olması səbəbilə “şanslı” olduğunu söyləyərək yenə də maska qaydalarının ölkədən ölkəyə və bölgədən bölgəyə dəyişə biləcəyini vurğulayır. Bu kontekstdə CDC vaksinasiyanın daha az xəstəliyin isə daha yüksək olduğu bölgələrdə qaydaların o yerə əsasən müəyyənləşdirilməli olduğunu deyir. Walensky, vaksinasiyanın bəzi ölkələrə nisbətən yüksək olduğu ABŞ kontekstində isə ölkədə yaşayan və hər iki doz peyvəndini vurduran şəxslərin variantlardan qorunduğunu söyləyir. Qaydaların peyvənd olmayan əhalini qorumaq üçün müəyyənləşdirildiyini bildirən CDC rəsmisi, yerli qaydaların ABŞ olsa belə hər bölgənin öz vaksinasiya nisbəyinə əsasən müəyyənləşdirilməli olduğunu tövsiyə edir.

Walensky, rəsmi Twitter hesabında da reportajın həmin qismi ilə paylaşım edərək “peyvəndlərin Delta variantından qoruduğunu, ABŞ-da daha az vaksinasiya olan ərazilərdə yoluxmaların artma ehtimalı olduğuna, yerli maska qaydalarının peyvənd olmayan şəxsləri qorumaq məqsədi daşıdığına” diqqət çəkib. Başqa bir paylaşımında da eyni mövzuya toxunub

cdc delta iddia teyitaz

CDC rəsmisinin maska ilə bağlı paylaşımı, Twitter

Delta variantı, Covid-19-a səbəb olan SARS-CoV-2-nin Hindistanda aşkarlanan bir mutasiyasıdır. “B.1.617.2” olaraq da adlandırılan Deltanın, virusun orijina versiyasından və Britaniyada aşkarlanan alfa variantından daha asan yayıldığı, hətta indiyədək olan ən yoluxucu variant olduğu düşünülür. ÜST rəsmini də Delta variantı ilə bağlı açıqlamasında dünyanın böyük bir qisminin peyvəndsiz qalması və Delta kimi olduqca yoluxucu variantların yoluxmanı artırdığı üçün tam peyvənd olunan şəxsləri də diqqətli davranmağa və maska məsafə qaydalarına əməl etməyə çağırır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) maskalar ilə bağlı təlimat qaydalarında tam peyvənd olmayan və 2 yaşın üzərindəki şəxslərin qapalı ictimai yerlərdə maska taxmalı olduğu, ümumilikdə isə açıq hava məkanlarında isə maska məcburiyətinin olmadığı bildirilib.

Tam peyvənd olan lakin sağlamlıq problemi olmayan şəxslərin isə iş yeri qaydaları, bölgə qaydaları kimi təlimatlar məcburi etmədikcə maska istifadə etmədən və məsafə qaydasına əməl etmədən fəaliyyətlərinə davam edə biləcəyi bildirilir