Britaniyanın üç gün öncə internet saytından terror xəbərdarlığı etməsi iddiası

Britaniyanın üç gün öncə internet saytından terror xəbərdarlığı etməsi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Paylaşımlardakı xəbərdarlıq mətni 2022-ci ilin aprelindən etibarən mövcuddur. Beləliklə, xəbərdarlıq mətni yeni deyil.

Böyük Britaniya hökümətinin Türkiyəyə səyahət tövsiyələri səhifəsində 2019-cu ildən bu yana oxşar xəbərdarlıq mətnləri yer alır.

10 noyabr 2022-ci ildə Böyük Britaniyanın Ankaradakı səfirliyinin “Twitter” səhifəsi 12 noyabrda Türkiyədə keçirilən zəlzələ təlimi haqqında məlumat paylaşıb. 13 noyabrdakı partlayışdan öncə terror xəbərdarlığı yer almayıb.

Böyük Britaniya 13 noyabrda Taksim küçəsində baş verən partlayış sonrası xəbərdarlıq mətninə yeni məlumatlar əlavə etdi.

13 noyabr 2022-ci ildə Taksim İstiqlal küçəsində baş verən partlayışdan sonra sosial mediada paylaşılan yazılarda Böyük Britaniyanın üç gün əvvəl Türkiyədəki vətəndaşlarına terror hücumu xəbərdarlığı etdiyi iddia edilir.

Paylaşımlarda Britaniyanın xəbərdarlığını göstərdiyi iddia edilən mətn də yer alıb.

az supheli gorsel istanbul taksim

Britaniya Türkiye üçün xəbərdarlığını 2022-ci ilin aprelində yeniləyib

Paylaşımlarda yer alan mətni axtarışa verdiyimiz zaman Britaniya hökumətinin internet səhifəsində yer aldığını görürük. Ancaq Britaniya Türkiyə üçün 2019-cu ildən bəri “terrorizm” başlığı altında mümkün hücumlar haqqında oxşar xəbərdarlıq mətni yayımlayır. Səhifədə əvvəlki tarixlərdə də oxşar xəbərdarlıqlar diqqəti çəkir. 

Britaniya hökumətinin xaricə səyahət tövsiyəsi: Türkiyə səhifəsini “Wayback Machine” ilə araşdırdıqda, 2019-cu ilin mayındakı mətndə bəzi dəyişikliklər edilsə də eyni xəbərdarlıqların yer aldığı ortaya çıxır. Hər iki xəbərdarlıqda da Britaniya vətəndaşlarına Türkiyədəki terror hücumlarının ehtimal edildiyini bildirir.

Paylaşımlarda yer alan xəbərdarlıq mətninin 2022-ci ilin aprelində yayımlandığı ortaya çıxıb. Beləliklə 13 noyabr 2022-ci ildə Türkiyə səhifəsindəki terror xəbərdarlığı apreldəki ilə eynidir.

Mətnlər arasındakı fərqləri ortaya çıxaran “Diffchecker”dən istifadə edərək iki mətni qarşılaşdırdıqda, paylaşımlarda yer alan xəbərdarlıq mətninin apreldəki ilə eyni olduğunu görürük. Yəni Britaniyanın xəbərdarlığı yeni deyil.

az diff metin kiyaslama

2022-ci ilin aprel ayında yenilənən xəbərdarlıq mətni- Paylaşımlardakı xəbərdarlıq mətni

10 noyabrdakı xəbərdarlıq zəlzələ təlimi ilə bağlıdır

Britaniya internet səhifəsində səyahət yenilənməsi edilən ölkələrin siyahısını qeyd edir. Bu səhifədə noyabrın 13-dəki partlayışdan əvvəl Türkiyə ilə bağlı “terror xəbərdarlığı” haqqında məlumat yer almır

Britaniya hökumətinin əlavə etdiyi dəyişiklikləri RSS qaynaqlarından da görə bilərik. RSS bildirişlərini analiz edərkən Türkiyə ilə bağlı "terror xəbərdarlığı" yenilənməsi bildirişi ilə qarşılaşmırıq.

az britanya rss bildirimi

Digər tərəfdən Britaniyanın Ankaradakı səfirliyi Türkiyəyə səyahət ilə bağlı yenilikləri “Twitter” hesabından bildirir.“Twitter”də axtarış edərkən Britaniyanın Ankaradakı səfirliyinin noyabrın 13-də partlayışdan üç gün öncə yeni bir terror xəbərdarlığı paylaşmadığını görürük.

10 noyabr 2022-ci ildə Britaniyanın Ankaradakı səfirliyi “Twitter”də Türkiyəyə səyahət üçün yenilənmə edildiyini bildirib. Lakin bu yenilənmə noyabrın 12-də keçirilən zəlzələ təlimi ilə bağlıdır. Bu dəyişiklik Britaniyadakı yerli xəbər saytlarında da yer alıb

10 noyabrdakı yenilənmə terror xəbərdarlığı ilə bağlı deyil.

az britanya 10 kasim guncelleme

Britaniya 13 noyabrda Taksim İstiqlal küçəsində baş verən partlayışdan sonra Türkiyəyə aid səhifəsini ən son məlumatlarla yenilədi.Partlayışdan sonra səhifəyə yeni xəbərdarlıqlar əlavə edildi.

Britaniya 226 ölkə və ya bölgə haqqında həssas mövzular və riskli başlıqlar ilə bağlı xəbərdarlıqlar yayımlayır. Yəni Britaniyanın vətəndaşları üçün səyahət xəbərdarlığı yayımladığı tək ölkə Türkiyə deyil. 

Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtayın açıqlamasına görə 13 noyabr 2022-ci ildəki partlayışda altı nəfər ölüb, ikisi ağır olmaqla 81 nəfər yaralanıb.


Töhfə verənlər
  • Beşire Korkmaz
  • Ezgi Toprak
  • Elkin Khalilov