Bill Qeytsin Zelenski hökumətini pis və korrupsioner adlandırdığı iddiası

Bill Qeytsin Zelenski hökumətini pis və korrupsioner adlandırdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Pis və korrupsioner ölkə ifadəsi Ukrayna dövləti və ya hazırki hökumət üçün istifadə edilməyib. Paylaşım təhrif edilib.

Qeyts pis və korrupsioner ifadəsini müharibədən əvvəlki Ukrayna hökuməti üçün qeyd edib.

Sosial mediada edilən paylaşımlardan birində Bill Qeytsin dəvət olunduğu proqramda Ukraynanın dünyanın ən pis və korrupsioner hökumətə sahip olduğunu söylədiyi iddia edilib.

İddia sosial media ilə birlikdə xəbər saytlarında da yer alıb. Xəbərlərdə Bill Qeytsin bu sözlərinin Qərb mediası tərəfindən senzuraya məruz qaldığı da iddia edilib. 

bill gates az ukrayna iddia

Qeytsin pis və korrupsioner olaraq bəhs etdiyi hökumət: Yanukoviç

İddiada yer alan videoda proqramın sadəcə 11 saniyəsinə yer verilib. Qeytsin bu hissədə dediyi sözlər belədir:

“Ukrayna hökuməti dünyanın ən pis hökumətlərindən biridir, yəni bir neçə zəngin şəxs tərəfindən idarə edilən korrupsioner hökumətdir. Ukraynadakı insanlar üçün həqiqətən də çox acınacaqlı vəziyyətdir”.

Paylaşımda istifadə olunan hissə Qeytsin çıxışının məğzini öyrənmək üçün kifayət etmir. Açar sözlərlə axtarış edərək videonun orijinalını əldə etmək mümkündür

2023-cü il yanvarın 23-ündə “Qlobal çətinliklərə hazır olmaq: Bill Qeyts ilə müsahibə” başlığı ilə yayımlanan proqramda Bill Qeyts “Lowly” İnstitunun rəhbəri Dr. Maykl Fullilavın suallarını cavablayıb.

Qeyts proqram boyunca qlobal sağlıq, epidemiyaya hazırlıq, qida təhlükəsizliyi, cari siyasət və iqlim dəyişikliyi mövzuları ilə bağlı danışıb

Proqramı başdan sonadək izlədikdə Qeytsin fikirlərinin bir hissəsinin kəsilərək kontekstdən kənar paylaşıldığı ortaya çıxır. Müsahibədə Qeytsdən Ukraynanın mövcud hökuməti və prezident Zelenski haqqında nə düşündüyü soruşulur.  O, Ukraynanın əvvəlki hökuməti ilə müqayisə edərək Zelenski haqqında fikirlərini bölüşür:

“Ölkəni bir araya toplaması çox təsirlidir. Bildiyiniz kimi insanlar Ukraynanın Rusiyanın bütün ölkəni ələ keçirmək planına qarşı müvəffəqiyyət qazanacağını gözləmirdi. Ortada Rusiyanın gözləniləndən daha zəif və daha az ağıllı olması, Ukraynanın daha güclü olması kimi həqiqət mövcuddur. Müharibədən əvvəlki Ukrayna hökuməti dünyanın ən pis hökumətlərindən biri idi, yəni bir neçə zəngin şəxs tərəfindən idarə edilən korrupsioner hökumət idi. Ukraynadakı insanlar üçün həqiqətən də acınacaqlı vəziyyət idi. Ukrayna ABŞ-dan daha münbit əkin sahələrinə sahipdir, yəni Avropanın çörək səbətidir, inanılmaz yerdir. Bu səbəbdən ümid edirəm ki, müharibədən sonra yenidənqurma nəticəsində əvvəlcə Şərqi Avropa, sonra isə Avropa səviyyəsinə çatar”.

Proqramın bu hissəsinə baxarkən Bill Qeytsin dünyanın ən pis və korrupsioner ifadəsini müharibədən öncəki Ukrayna hökuməti barədə söylədiyi anlaşılır. Bill Qeytsin burada qeyd etdiyi hökumət müharibənin başladığı 2014-cü il və əvvəl hakimiyyətdə olan Yanukoviç hökumətidir.

Rusiya 2014-cü ilin fevralında Ukraynaya müharibə elan edib Krımı ilhaq edərək Donetsk və Luqansk üçün müharibəyə başlamışdı. Ö dövrkü hökumətin başında rusiyayönlü siyasət yeridən Yanukoviç dururdu. Çıxan etirazlardan sonra parlament fevralın 22-də Yanukoviçi prezident postundan uzaqlaşdırdı. Yanukoviç isə bu qərarı çevriliş adlandıraraq paytaxtdan qaçdı. Daha sonra Ukraynanın baş naziri Arseni Yatsenyuk Yanukoviç və tərəfdaşlarını 70 milyard dollara yaxın dövlət vəsaitini mənimsəmək və xarici banklara köçürməklə ittiham etdi. 2015-ci ilin yanvarında “İnterpol” vəzifəsindən uzaqlaşdırılan prezidenti ittihamlarla bağlı olaraq axtarışda olanlar siyahısına əlavə etdi

Bill Qeytsin Zelenski hökuməti ilə bağlı sözügedən iddiadakı kimi çıxışı mövcud deyil. Qeyts Rusiya və Ukrayna arasındakı müharibəni qlobal inkişaf yolunda əngəl olaraq görür. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən Qeyts mövcud müharibə ilə birlikdə bu məqsədlərə nail olmağın mümkün olmadığını bildirib.