Bill Gatesin Covid-19 peyvəndlərinin pandemiyaya çarə olmadığını dediyi iddiası

Bill Gatesin Covid-19 peyvəndlərinin pandemiyaya çarə olmadığını dediyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Bill Gatesin rəsmi Twitter hesabında belə açıqlama mövcud deyil.

Bill Gatesin şəxsi veb saytında yayınladığı peyvəndlər haqqında son yazıda da belə bir açıqlama yoxdur.

İddiadan bir neçə gün əvvəl “Grand Challenges” illik iclasında “Pandemiyanı sonlandırmaq və gələcəkdəkinin qarşısını almaq” başlıqlı açılış çıxışı edən Gates, iddianın əksinə peyvəndin əhəmiyyətindən bəhs edib, bərabər paylanmasının vacibliyini vurğulayıb.

Sentyabr və noyabr aylarında gündəmə gələn bənzər iddialardan biri parodiya məzmundan, digəri isə kontekstdən çıxarılan bir müsahibədən qaynaqlanıb. Hər iki iddia da fakt yoxlama komandaları tərəfindən yanlışlanıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Peyvənd araşdırmalarına verdiyi dəstəklərə görə tez-tez konspirasiya nəzəriyyələrində adı çəkilən Microsoft-un qurucusu, Bill Gates ilə bağlı yeni iddia paylaşılıb. Sosial şəbəkələrdə paylaşılan məlumatda, Gatesin, peyvəndlərin Covid-19 pandemiyasına çarə olmadığını dediyi iddia olunub. Həmin paylaşımlarda isə mənbəyə və ya bu açıqlamanın harada verildiyinə dair məlumata yer verilməyib.

bill gates iddia covid 19 teyitaz ekran

Mediada belə bir açıqlama yoxdur

İddia edilən açıqlamanı tapa bilə bilmək üçün ilk olaraq Bill Gatesin açıqlamalarını da paylaşdığı rəsmi Twitter hesabına baxa bilərik. Həmin hesabda, açar sözlərin də köməyi ilə 2021-ci il başlayandan iddianın paylaşıldığı 14 noyabr 2021-ci il tarixinə qədər bütün paylaşımlara nəzər yetirək. Nəticələrdə Covid-19 peyvəndləri haqqında verilən açıqlamalar arasında iddia cümləsinə rastlanmır. 

Gates, açıqlamalarını “GatesNotes” adlı şəxsi veb saytında da paylaşır. Həmin saytda açar sözlərlə axtarış etdikdə, 13 oktyabr 2021-ci il tarixli yazısına rast gəlirik. Bu yazıda, o, peyvəndlərin xəstəliyin qarşısını almaq üçün əhəmiyyətli olduğunu deyir. Gates, aşağı gəlirli bir çox ölkədə peyvəndin hələ də birinci dozasını vurdura bilməyən insanlar olduğunu vurğulayır. Məqalə, gələcəkdəki bir pandemiyada peyvəndin ədalətsiz paylanmasının qarşısının necə alına biləcəyindən bəhs edir.

Bill Gates ilə bağlı xarici mediada çıxan xəbərləri araşdırdıqda görürük ki, iddia edildiyi kimi peyvəndlərin çarə olmadığını dediyi bir açıqlama mövcud deyil. İddiadan bir neçə gün əvvəl, Bill Gates, “Grand Challenges”-ın illik iclasında, “Pandemiyanı sonlandırmaq və gələcəkdəkinin qarşısını almaq” adlı açılış çıxışını edib. İddianın əksinə Gates, çıxışında peyvəndlərin əhəmiyyətindən bəhs edib. Bundan əlavə, o, peyvəndin bərabər paylanmasının da vacibliyini vurğulayıb.

Daha əvvəl yayılan bənzər iddialar da yalanlanıb

Açar sözlər ilə axtarışa davam etdikdə, bu iddianın mənbəyi ola biləcək yaxın tarixdə gündəmə gələn bənzər iddialar ilə bağlı xarici mediada yayınlanmış iki fakt yoxlama məqalələrinə rastlanır. Bu iddialardan biri bənzər şəkildə “Bill Gatesin Covid-19 peyvəndlərini geri çəkməliyik dediyi iddiası”-dır. İddianın mənbəyi “The Expose” adlı parodiya məzmunlar paylaşan veb saytdır. Noyabr ayında paylaşılan və “Gatesin Pfizer və Moderna mRNT peyvəndlər işə yaramadı dediyi iddiası” isə onun 32 dəqiqəlik müsahibəsindən kəsilib verilən və konteksdən çıxarılıb. Hər iki iddianın da yanlış olduğu fakt yoxlama komandaları tərəfindən ortaya qoyulub.

Covid-19 peyvəndlərinin xəstəliyinin qarşısını almaqda təsirli olduğu sübuta yetirilib. Aparılan son araşdırmalar da peyvənd olan şəxslərin xəstəliyi yayma ehtimalının az olduğunu göstərir