Beyrut partlayışının Netanyahu tərəfindən xəritədə göstərilən raket istehsalı mərkəzində baş verdiyi iddiası

Beyrut partlayışının Netanyahu tərəfindən xəritədə göstərilən raket istehsalı mərkəzində baş verdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İsrail Baş Naziri Netanyahunun 2018-ci ildə Birləşmiş Millətlərdə etdiyi çıxış zamanı göstərdiyi xəritədə partlayışın olduğu Beyrut Limanı deyil ondan təqribən 10 kilometr uzaqda yerləşən Beyrut Havalimanı göstərilir.

Aparılan ilkin araşdırmalar nəticəsində Beyrut Limanındakı partlayışa həmin ərazidəki amonium nitratın səbəb olduğu açıqlanıb.

Livan hökuməti, gübrə və bomba istehsalında istifadə edilən 2 min 750 ton amonium nitratın altı aydır ki təhlükəsizlik tədbirləri görülmədən limanda saxlanıldığını bildirdi.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə Beyrutda baş verən partlayışın İsrail tərəfindən aşkarlandığı iddia edilən raket istehsalı mərkəzlərindən birində olduğu iddia edildi. İddiada İsrail Baş Naziri Benjamin Netanyahunun BMT iclasında çıxış edərkən göstərdiyi xəritə istifadə edildi.

dunya faktlari instagram paylasimi aze iddia

İddia doğru deyil. İsrailin mövcud olduğunu iddia etdiyi raket fabrikalarını göstərən xəritə Beyrut Limanını deyil, şəhərdəki havalimanı ərazisini göstərir. Partlayış mövcudluğu hələ də dəqiqləşdirilməmiş olan raket obyektlərinin olduğu deyilən ərazidə baş verməyib.

Netanyahu İranın Livana raket fabriki inşa etməyi planladığını açıqlamışdı

İsrail Baş Naziri Netanyahu 2018-ci ildə Birləşmiş Millətlərdə etdiyi çıxış zamanı İran və Hezbollah qüvvələrinin Livanda raket fabrikləri inşa etmək istədiklərini bildirmişdi

netanyahu raket fabriki haqqinda cixis aze iddia

Netanyahu Birləşmiş Millətlərdə etdiyi çıxışda iddia olan raket fabriklərinin ərazisini göstərir.

 

İranın inşa etməyi planladığı raket fabriki iddiası Livan ilə məhdud qalmır. Netanyahu İranın Suriyada da raket fabrikləri inşa etməyi hədəflədiyini iddia etmişdi. 

İsrail Müdafiə Qüvvələri iddiadakı raket fabriklərinin peykdən görüntülərini də paylaşıb.

israil peykden goruntu iddia

 

Ərazini Google və Yandex Xəritələr ilə axtardıqda ərazidə raket fabriki olduğuna dair bir sübut görə bilmirik. Digər yandan da bu tərzdə olan yerlər çöldən baxanda açıq şəkildə görünə bilən olmaq məcburiyyətində deyil.

Partlayış “raket fabrikləri” ərazisində olmayıb

4 avqust 2020-ci ildə baş verən partlayış Beyrut Limanında idi. Netanyahu tərəfindən açıqlanan İran raket fabriki planına baxdıqda isə raket fabriklərinin partlayış ərazisində deyil, Beyrut Havalimanı ərazisində olduğunu görürük. Beyrutda partlayışın baş verdiyi ərazi ilə Beyrut Havalimanı ərazisi arasında isə təqribən 10 kilometr mövcuddur. Partlayış, mövcud olub-olmadığı dəqiq olmayan raket obyektlərinin olduğu ərazidə baş verməyib. Yəni əraziləri baxımından Beyrut Limanındakı partlayışın səbəbinin iddadakı raket fabrikləri olmağı ehtimal deyil.

beyrut partlayis erazisi map goruntusu

 

map beyrut iddia azerice

beyrut fuze fabrikasi haritasi aze iddia

Fabriklərin olduğu iddia edilən havalimanı ərazisində 4 avqust 2020-ci ildə paylaşılan fotolara baxıldıqda, ərazinin partlayış səbəbilə zərər gördüyü görülür. Lakin partlayış raket fabriki əsaslı olsaydı fotolarda görülən yüngül zərərlər yerinə ərazi çox daha ağır bir şəkildə dağılmış olardı.

beyrut havalimani goruntusu iddia aze

İsrail Xarici İşlər Naziri, İsrailin Beyrutdakı partlayış ilə əlaqəsi olmadığını açıqladı. Bundan əlavə İsrail Müdafiə Qüvvələri paylaşdığı tweetdə Livan xalqına yardım təklif etdiklərini bildirdi.

Partlayışa amonium nitratın səbəb olduğu düşünülür

Aparılan ilkin araşdırmalar nəticəsində Beyrut Limanındakı partlayışa həmin ərazidəki amonium nitratın səbəb olduğu açıqlanıb. Livan hökuməti, gübrə və bomba istehsalında istifadə edilən 2 min 750 ton amonium nitratın altı aydır ki təhlükəsizlik tədbirləri görülmədən limanda saxlanıldığını bildirdi.

Amonium nitrar dünyada geniş şəkildə kənd təsərrüfatı gübrəsində və mədənçilikdə bəzi partlayıcılarda istifadə edilən kimyəvi istehsalat maddəsidir. Bu şəkildə böyük bir partlayış olduğu zaman insanların ağlına partlayışın silah və yaxud hərbi resurslardan qaynaqlandığı ehtimalı gəlmiş ola bilər. Lakin amonium nitrat da böyük bir partlayışa səbə ola biləcək potensiala sahibdir. New South Wales  Universitetinin Kimya Fakultəsindən Dosent Roger W.Read, amonium nitratın güclü bir oksidləşdirici olmasına baxmayaraq tək başına nisbətən təhlükəsiz olduğunu lakin yağ və ya üzvi maddə kimi hər hansı bir yanacaq ilə təmas etdiyi zaman çox təhlükəli olduğunu deyir. Bundan əlavə amonium nitratın qapalı bir ərazidə saxlandığı təqdirdə həddən artıq isti qaz çıxardığı da müşahidə edilir. Amonium nitratın təhlükəsiz bir şəkildə saxlanması üçün hər hansı bir yanacaq mənbəsindən uzaqda olması vacibdir.

Daha əvvəl amonium nitratın səbəb olduğu başqa bir partlayış Çinin liman şəhəri olan Tianjində baş vermişdi və 100-dən çox insan həlak olmuşdu.


Yaxın tarixdə baş verən İsrail-Livan gərginliyi

İsrail və Livan arasındakı siyasi gərginlik yaxın tarixdə İsrail və İran arasında baş verən gərginliklərə əsaslanır. 24 Avqust 2019-ci ildə İsrail Müdafiə Qüvvələri, İran Qüds Qüvvəsinin komandiri Qasem Suleymanının təlimatı ilə başladığı iddia edilən hücumlara mane oldu. Bu hücumların ardından 25 avqust 2019-cu ildə Hezbollah komandiri Hasan Nasrallah, İsraili ölkəyə Livan vasitəsilə hücum etməklə təhdit etdi. 1 sentyabr 2019-cu ildə isə Livandan İsrailə atəş edildi. 4 avqust 2020-ci ildə Livanda baş verən partlayış ilə İranın inşa etmək istədiyi deyilən raket fabrikləri iddiaları yenidən gündəmə gəldi. Livanda inşa edilməsi ehtimal olunan raket fabrikləri İsrail tərəfindən bir təhdir olaraq dəyərləndirilir. 

Nəticə etibarilə Beyrutdakı partlayış mövcud olub olmadığı belə dəqiq olmayan raket fabriklərinin olduğu deyilən yerdə baş verməyib. Bundan əlavə ilkin aparılan araşdırmalar nəticəsində partlayışın səbəbinin amonium nitrat olduğu bildirildi. İddia yanlış məlumatın yeddi növündən biri olan təhrifə nümunədir.