Azərbaycanda qadınların qısa geyinməyi ilə bağlı qanun qəbul edildiyi iddiası

Azərbaycanda qadınların qısa geyinməyi ilə bağlı qanun qəbul edildiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi saytında və normativ hüquqi aktların olduğu e-qanun.az saytında qadınların qısa geyinmələrinin cərimə edilməsi haqqında qanun yoxdur.

Cənubi Koreya ilə də əlaqələndirilən iddia da yanlışdır, Cənubi Koreyada Kiçik Qanun Pozuntularının Cəzası Aktında “qadına” və ya “qısa geyimlərə” vurğu yoxdu.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə bəzi səhifələr Azərbaycanda qadınların qısa geyinməsinin cərimələnəcəyi ilə bağlı qanun qəbul edildiyinə dair iddialar paylaşdı. İddialardan biri 8 min dəfədən çox bəyənildi. 

instagram aze kadin kisa giyinme

Lakin iddia yanlışdır. Azərbaycan Respublikasının Milli Məclisinin saytında və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazası olan e-qanun.az saytında da belə bir qanun yoxdur. İnzibati Xətalar Məcəlləsində də iddiaya dair hər hansı bir maddə mövcud deyil. 

Azərbaycanda normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydaları Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa görə müəyyən edilir. Qanunda, XII fəsildə “Normativ hüquqi aktın layihəsinə baxılması” adlı 70-ci Maddədə qeyd edilir:

70.1. Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır.

70.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:

70.2.1. normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;

70.2.2. əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;

70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;

70.2.4. irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.

70.3. Qanun layihələrinə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşda baxılır.

Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi saytında “qadın” “geyim” “qısa” açar sözləri ilə axtarış etdikdə qüvvədə olan belə bir qanuna rast gəlinmir.

aze iddia kadinlarin kisa giyindigi iddiasi

Saytın Qanun Layihəhələri səhifəsində də qadınların geyiminə hər hansı bir məhdudiyyət gəldiyinə dair qanun təklifi yoxdur. 

Cənubi Koreya ilə bağlı iddialar da yanlışdır

İddia bəzi səhifələr tərəfindən Azərbaycan ilə əlaqələndirilsə də, başqa səhifələrdə bu qanunun Cənubi Koreyada qəbul olunduğu iddia edildi.

Koreyanın mövcud nizamnamələrinin ingilis dilinə və digər dillərə qanuni tərcümə xidmətlərini həyata keçirən Koreya Qanunlarının Tərcüməsi Mərkəzinin  rəsmi saytında Kiçik Qanun Pozuntularının Cəzası Aktında bu iddiaya yaxın bir maddə mövcuddur. Saytın tarixçə bölümündə ən son girilmiş 24 oktyabr 2017-ci il tarixli Kiçik Qanun Pozuntularının Cəzası Aktında sözügedən qərar haqda yazılıb.

punishment of minor offenses act azerice

Kiçik qanun pozuntularının cəzası aktında 33-üncü bənddə qeyd edilir:

33. (Ədəbsiz Görünüş)  Cinsiyyət orqanını, ombasını yaxud bədəninin hər hansı bir intim hissəsini ictimai yerlərdə həddən artıq açaraq digər insanları buna məruz qoyaraq narahat edən hər kəs;

Saytdakı tarixçə bölümündə verilən məlumatlara əsasən 1996-cı ildə bənzər qərar 41-ci maddədə də mövcud olub. 

punishment of minor offenses aze iddia

Koreya Qanunlarının Tərcüməsi Mərkəzinin rəsmi saytında 1996-cı ildən 2017-ci ilə qədər bənzər şəkildə olan qanun maddələrinin heç birində iddiada deyildiyi kimi xüsusilə “qadına” və ya “qısa yubka” , “qısa geyim”  ifadələrinə yer verilməyib. Bundan əlavə keçmişdə 41-ci maddədə verilən məlumatlara istinadən qanunun bir müddət sonra 2012-də yumuşadıldığını görmək mümkündür. Köhnə maddədə qeyd edilib:

41. (Nalayiq Görünüş) Çılpaq bədənini ictimai yerlərdə çəkinmədən açaraq, şəffaf paltar geyinərək və ya bədəninin gizlətməli olduğu bir hissəsini nümayiş etdirərək digər insanları buna məruz qoyub narahat edən hər kəs;

2013-cü ildə yayılan iddialar

2013-cü ildə CNN , Korea Times və bu saytlara istinadən yayılan xəbərlərdə “həddən artıq çılpaq”  geyimlərlə bağlı Cənubi Koreyanın qanun hazırladığı bildirilib. Xəbərlərdə qanun 2013-cü il mart ayında Park Geun-hye-nin prezidentlik dövründə hökumət tərəfindən təsdiqləndiyi qeyd edilərək qanunu pozan şəxslərin 50.000 KRW (o tarixlərdə təxminən 45 ABŞ dollarına bərabər) ilə cərimələndiyi iddia edilib. Bu qərarla bağlı açıqlama verən Milli Polis Təşkilatı bu qanunun insanların geyimini tənzimləmək ilə əlaqədar olmadığını açıqlayıb. Bu qanunun qısa geyimlə əlaqəsi olmadığını vurğulayan Milli Polis Təşkilatının rəsmisi verdiyi açıqlamada bu qanunun 1963-cü ildən bəri mövcud olduğunu bildirib. Qanun sadəcə ictimai yerlərdə digər insanları narahat edici şəkildə bədənini nümayiş etdirməklə bağlıdır. 

Nəticə etibarilə Azərbaycanda qadınların qısa geyinməsini qadağan edən hər hansı bir qanun qəbul edilməyib. Koreya da qadınların geyiminə hər hansı bir məhdudiyyət gətirmir. Koreyada 1963-cü ildən bəri mövcud olan qanun isə ictimai yerlərdə cinsiyyətindən asılı olmayaraq bədəninin intim hissələrini həddən artıq açaraq digər insanları narahat edən hər kəsə şamil edilir. Bu iddiaya yanlış məlumatın yeddi növündən biri olan uydurma deyə bilərik. Eyni zamanda Koreya ilə bağlı iddianı yanlış məlumatın 7 növündən biri olan kontekstdən çıxarma adlandırmaq olar.