Sosial mediada Atatürk və övladlığa götürdüyü qızı Ülkü Adatəpənin yer aldığı fotonun 1936-cı il Qurban bayramını əks etdirdiyi iddia edilib. Foto zaman-zaman sosial şəbəkələrdə “Atatürk Qurban bayramında” başlığı ilə paylaşılır.
Fotoşəkil Qurban Bayramında qeydə alınmayıb
Fotonu tərs şəkil axtarışı üsulu ilə araşdırarkən üzərində tarix və yer ilə bağlı məlumat olan nümunə ilə qarşılaşırıq.
Fotoda orijinal şəkilə aid məlumatlar yer alır. Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatəpə ilə birlikdə yer aldığı fotonun 1937-ci ildə Atatürk Meşə Fermasına gəldiyi zaman çəkildiyi bildirilir.
Şəkil minlərcə fotodan ibarət Atatürk kolleksiyası ilə tanınan yazar və iş adamı Hanri Benazusa aiddir. Atatürk Meşə Fermasının internet saytında da fotonun nümayiş olunduğu görülür. Ülkü Adatəpə və Atatürkün fərqli rakurslardan çəkilən bir çox fotosu da internet saytında yer alır.
“Anadolu Agentliyi”nin Mustafa Kamal Atatürkün 74-cü ölüm ildönümündə yayımladığı qalereyada fotonun tarixi 2 aprel, 1937-ci il olaraq göstərilib. Yəni fotunun orijinal tarixi də paylaşımlarda yanlış qeyd olunub.
1937-ci ilin qurban bayramı tarixlərinə baxarkən də fotonun qurban bayramında qeydə alınmadığı görünür. Dini İşlər Rəhbərliyinin “Vaxt Hesablama” səhifəsindən 1937-ci ildə Qurban Bayramının 22-25 fevralda keçirildiyi ortaya çıxır. Foto isə Qurban Bayramından xeyli sonra, yəni aprelin 2-də qeydə alınıb.
(Vaxtın hesablanması – Diyanet)