Asqırarkən ürəyin dayandığı iddiası

Asqırarkən ürəyin dayandığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Asqırma əsnasında qan axışının dəyişməsi nəticəsində ürək döyüntüsünün ritmi dəyişə bilər, lakin dayanmır.

Nadir hallarda bəzi insanlarda “sneeze syncope” adlandırılan asıqırma nəticəsində baş gicəllənməsi və ya huşunu itirmə baş versə də, asqırma əsnasında ürək dayanmır.

Asqırma əsnasında ürəyin dayandığını göstərən araşdırma mövcud deyil.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Asqırmaq haqqında eramızdan əvvəl də inanılan və bugünə qədər bütün dünyada fərqli formalarda yayılan bir çox mif mövcuddur. Uzun müddətdir fərqli dillərdə yayılan və sosial şəbəkədə paylaşılan bir iddiada, asqırma zamanı ürək fəaliyyətinin dayandığı iddia edilib.

hapsirinca kalbin durdugu iddiasi ekran

Asqırarkən ürək dayanmır

Burun içərisindəki sinirlər yad cisimlərə görə xəbərdar edildiyində, beyinə bununla bağlı siqnal gedir. Həmin yad cisimlərin bədəndən atılması üçün bu siqnal asqırmaq olaraq adlandırılan bir reaksiya ilə nəticələnə bilir. Asqırma refleksinin baş tutması üçün beyin dərindən nəfəs almaq əmri verir, döş qəfəsi genişləyir və təzyiq yaranır. Ağciyərdə təzyiq yüksəldikdən sonra boğaz bağlanır, dil damağa yapışır, gözlər bağlanır, ağciyərdəki hava burun və ağız vasitəsilə xaric olunur

Asqırma zamanı yaranan təzyiqə görə ürəyə qayıdan qan axışı azala bilər. Bu halda ürəkdə ritm dəyişikliyi baş versə də ürək dayanmır.  Amerika Kardiologiya Kollecinin keçmiş prezidenti Dr. Richard Conti, bəzi insanlarda “ürək dayandı” inancının, ürəkdəki bu ritm dəyişikliyinin yaratdığı hissdən qaynaqlana biləcəyini deyir. Wisconsin Universitetinin Tibb və İctimai Sağlamlıq Məktəbində tibb və radiologiya professoru Dr. Nizar Jarjour da USA Today-ə verdiyi açıqlamada, nəbz yavaşlasa da ürək döyüntülərinin davam etdiyini, dayanmadığını deyib. Asqırma əsnasında ürəyin fəaliyyətini dayandırdığını göstərən hər hansı bir araşdırma mövcud deyil.

Bəzi insanlarda  “sneeze syncope” yəni asqırma senkopu olaraq adlandırılan bir hal baş verə bilər. Bu qan təzyiqinin düşməsi nəticəsində baş gicəllənməyə və ya huşunu itirməyə səbəb ola bilər. Lakin bu halın, senkopu olan insanlar arasında belə nadir olduğu bildirilir.

İddia daha əvvəl, Lead Stories, USA Today, Evrim Ağacı, Malumatfuruş tərəfindən araşdırılıb və yanlış olduğu ortaya qoyulub.