Argentina Mərkəzi Bankının Messinin adına əsginas çap edəcəyi iddiası

Argentina Mərkəzi Bankının Messinin adına əsginas çap edəcəyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

İddianın qaynağı olan Meksikanın “El Financiero” qəzeti bu iddianı zarafat kimi irəli sürüb.

Argentina Mərkəzi Bankı iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.

Messinin şəkli olan əsginas “İnstagram” istifadəçisi tərəfindən hazırlanıb.”Teyit” hesabın sahibi ilə əlaqə saxlayıb və o, əsginasların dizaynını özünün hazırladığını təsdiqləyib.

Sosial media və xəbər saytlarında 2022-ci il dünya çempionu, Argentina yığmasının kapitanı Lionel Messinin adına pul çap ediləcəyi iddia edilib. İspan dilli hesablardan yayımlanan iddia qısa müddətdə müxtəlif dillərdə yayılıb.

messi para basma az iddia

İddia zarafat kimi irəli sürülüb.

“Google”da "Argentina Çempionluğu Messi və pul" sözləri ilə ispan dilində axtarış etdikdə Meksikada yerləşən “El Financiero” qəzetində dərc olunan bir xəbərlə rastlaşırıq.

Dekabrın 19-da dərc olunan xəbərdə Messinin üzünün pulun üzərinə çap edilməsi variantının Argentina Mərkəzi Bankının üzvləri tərəfindən “zarafatla” təklif edildiyi yazılır.

“Google”da ispan dilində "Mərkəzi Bank, Messinin şəkli və pul" sözləri ilə yenidən axtarış edirik. Bu dəfə Argentina Mərkəzi Bankının yoxlama platforması “Checkedo”nun iddiaları yalandığını öyrənirik.

Argentina Mərkəzi Bankının mətbuat departamenti ilə əlaqə saxlayan “Chequedo” öyrənir ki, Mərkəzi Bankın Messiyə həsr olunmuş min peso əsginas çap etməklə bağlı hər hansısa məlumatı və təşəbbüsü yoxdur.

Digər tərəfdən, “Twitter”də ispanca palaşımlara yazılan şərhlərə nəzər saldıqda iddialardakı əsginas fotolarının “Ellseven” adlı istifadəçi tərəfindən hazırlandığı məlumatını öyrənirik

“Teyit”in əlaqə saxladığı hesab sahibi bildirib ki, layihəni özü hazırlayıb və bunun Mərkəzi Bankla heç bir əlaqəsi yoxdur. Hesab sahibi əsginasın dizaynının hazırlıq mərhələsinin videosunu “İnstagram”da paylaşıb.

“Ellseven” adlı “İnstagram” istifadəçisinin profilini araşdırdığımız zaman onun dünya çempionatından bir gün əvvəl yayımladığı paylaşımlar görürük.

az ellseven messi

az ellseven toplu gorunum

“Ellseven” adlı “Instagram” istifadəçisinin hesabından götürülən ekran görünütləri

Argentina Mərkəzi Bankının Argentinanın 1978 FIFA Dünya Kuboku Çempionluğu, keçmiş prezident Eva Peronun ölümünün 50-ci və 60-cı ildönümü, Argentinanın yaranmasının 200-cü ildönümü, Mərkəz Bankının 75-ci ildönümü və 2022-ci il Dünya Kuboku kimi simvolik hadisələr üçün xatirə sikkələrinin buraxdıği bilinir. Bunlar isə adətən əsginaslardan deyil, sikkələrdən ibarət olub.

Xatirə sikkələri arasında Messinin adına xüsusi olaraq buraxılan sikkə yoxdur.

az dunya kupasi hatira para

2022-ci il Dünya Kuboku üçün buraxılmış xatirə sikkəsi.