Xəbər saytlarında və sosial mediada bir araşdırmanın koronavirusun 99,9% laboratoriyada yayıldığını sübut etdiyi irəli sürülüb.
Araşdırma hələ təsdiqlənməyib
Oktyabrın 20-də yayımlanan araşdırma, SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərini tədqiq etməyi hədəfləyir. Araşdırmaçıların məqsədi SARS-CoV-2-ni digər koronaviruslarla müqayisə etmək və mənşəyini təxmin etməkdir.
Bu müqayisə virus genomunun endonükleaz xəritəsinə baxmaqla aparılır. Endonükleaz xəritəsi bir növ virusun barmaq izini göstərir.
İlkin nəşrdəki diaqramlarda və şəkillərdə virusun genomunda müntəzəm olaraq təkrarlanan endonükleaz ferment nümunələrinin olmasının virusun laboratoriyada yaradıldığına işarə etdiyi irəli sürülüb.
Araşdırmaçılar fərz edir ki, təbii viruslarda ferment ardıcıllığı tamamilə təsadüfi paylansa da laboratoriyada yaradılmış viruslarda “müəyyən bir ardıcıllığa” sahib olur.
Bu fərziyyədən yola çıxan araşdırmaçılar SARS-CoV-2-nin, laboratoriyada yaradıldığını göstərən bəzi müntəzəm ferment ardıcıllığına sahib olduğu və bu izlərin bəzi koronaviruslarda olmadığı nəticəsinə gəlib.
Araşdırmaçılara əsasən müntəzəm olaraq təkrarlanan bu izlər təbii bir koronavirus üçün qeyri-adi haldır. Bu səbəblə virusun laboratoriyada yaradılma ehtimalının güclü olduğu iddia edilir.
Tədqiqatın ilkin nəticələrinə əsasən, təbii təkamülün bu modeli təsadüfi şəkildə yaratma ehtimalı “ən çox 1 faiz, ehtimala görə isə daha aşağıdır.” Yəni 99,9 faiz ifadəsi buradan gəlib.
Lakin məqalə hələ ilkin nəşr mərhələsindədir və heyət təsdiqindən keçməyib. Bu da araşdırmanın hələ ki elmi bir sübut kimi qəbul edilmədiyi mənasına gəlir. Hətta bu səbəbdən yayımlanan ilk nəşrdə, nəticənin xəbərləşdirilməməsi yönündə xəbərdarlıq var.
İnternetə çıxışı olan hər kəs ilkin nəşr ilə bir fərziyyə irəli sürə bilər. Buna görə də təsdiqdən keçməmiş bir ilkin nəşrdəki nəticələr əhəmiyyətli məlumat vermir.
Məlumatlar virusun mənşəyini sübuta yetirmək üçün kifayət deyil
İlkin nəşr mərhələsindəki araşdırmanın nəticəsini əsas götürərək virusun laboratoriyada yaradıldığını düşünmək, əsası olmayan narahatlıqlara qapılmağımıza səbəb olur.
Lakin viroloq və gen üzrə ekspertlər araşdırmanın bu cür şərh edilməməli olduğunu göstərən vacib detallara işarə edir:
- Araşdırmanın əhatəsi məhddur.
Viroloq Semih Tareen araşdırmaçıların müqayisə apararkən SARS-CoV-2-nin məlum olan bütün qohumlarını daxil etmədiyini deyib. Belə olan halda araşdırmanın əhatəsinin məhdud olduğunu demək mümkündür. Tareenə əsasən ilkin nəşdrdə məlumatlar yanlış təhlil edilib.
- Ardıcıllıqlar digər koronaviruslarla da bənzərdir.
Mikrobioloq Alex Crits-Christoph, məqalədə “qeyri-adi” kimi dəyərləndirilən bütün ardıcıllıqların araşdırmaya daxil edilməyən digər koronaviruslarda da görüldüyünü bildirib.
ABŞ-dakı Scripps Araşdırma İnstitunundan immunoloq Kristian Andersen Twitter paylaşımlarında araşdırmanı qüsurlu kimi dəyərləndirib.
Bundan əlavə sözügedən tədqiqatı aparan araşdırmaçılardan Dr. Washburne və Dr. Van Dongen əvvəldən bəri virusun laboratoriyadan sızdığı nəzəriyyəsini müdafiə edir. Bu səbəblə bəzi elm adamları, araşdırmanın yanlı bir dəyərləndirmənin nəticəsi ola biləcəyi yöndə tənqidlər edib.
“Qeyri-adi” ardıcıllığın səbəbi rekombinasiyadır
Bəs araşdırmaçıların “qeyri-adi” kimi şərh etdiyi bu ferment ardıcıllığının görülmə səbəbi nədir?
Viroloq Semih Tareen ferment ardıcıllığının rekombinasiyaya görə görüldüyünü deyir. Rekombinasiya bir virusun birdən çox variantı, eyni qonaq və hüceyrəyə yoluxaraq yeni variant yaratması mənasına gəlir. Məsələn, iki fərqli virusun ABC və DEF genom ardıcıllğı rekombinasiya ilə AEF ola bilər. Elmi məqalələr, koronaviruslarda rekombinasiya halının baş verdiyini göstərir. Yəni təkrarlanan izlər təbii viruslarda da görülür.
Araşdırma virusun 99,9 faiz laboratoriyada yaradıldığına dair konkret bir sübut ortaya qoymur.
Eləcə də virusun mənşəyini müəyyən etmək daha çətindir. Araşdırmalar davam etsə də faktlar SARS-CoV-2 virusunun mənşəyinin zoonotik, yəni heyvanlardan yayıldığını göstərir.
Gələcəkdə yayıla biləcək epidemiyaların qarşısını almaq üçün SARS-CoV-2-nin mənşəyini müəyyən etmək vacibdir. Lakin Çin dövlətinin araşdırmalara qarşı şübhəli mövqeyi və inkarcılığı ilə birlikdə mövzunun siyasiləşdirilməsi, virusun mənşəyini müəyyənləşdirməyi çətinləşdirir.
Digər yandan bəzi xəbər saytları araşdırmanın məzmunundan və zəif tərəflərindən detallı bəhs edir. Lakin başlıqlarda çaşdırıcı ifadələr var. Bu da yanlış təsəvvür yaradaraq iddianın yayılmasına təsir etmiş ola bilər.