Koronavirusun ilk dəfə Cənubi Afrikada ortaya çıxan omicron variantı getdikcə daha çox ölkədə yayılır. Variant yayılmağa davam edərkən, sosial şəbəkələrdə virus ilə bağlı iddialar da paylaşılır. Bir çox səhifədə və xəbər saytlarında yayılan bir iddiaya görə Kolorado Dövlət Universitesində aparılan araşdırma Covid-19-u və yeni ortaya çıxan omicronu ən çox kişilərin yaydığını ortaya qoyub.
Araşdırma Covid-19 xəstələri ilə aparılmayıb
Virusun havadakı tənəffüs damlaları vasitəsi ilə yoluxması, bir çox kütləvi tədbirin də dayandırılmasına səbəb oldu. Pandemiya dövründə fəaliyyəti dayandırılan tədbirlərin arasında teatr, konsert kimi incəsənət fəaliyyətləri də var idi. 2020-ci ildə, Kolorado Dövlət Universitetində incəsənət təbdirlərində və ya məşqlərində damlacıqların hansı məsafəyə qədər yayıldığı, səhnə quruluşunda hansı məsafə tədbirləri görülsə riskdən qoruna biləcəyi, neçə nəfərin eyni anda səhnədə ola biləcəyi kimi sualları araşdıran bir komanda quruldu.
23 iyun 2020-ci il tarixində universitetin rəsmi saytında verilən xəbərə əasən, araşdırma komandası, universitetin musiqi, teatr və rəqs məktəbinin direktoru və maşınqayırma professoru tərəfindən qurulub. Bu xəbərdə verilən müsahibələrə və ortaya qoyulan suallara nəzər yetirdikdə, araşdırma sualının virusu hansı cinsin yaydığı ilə bağlı olmadığını görürük. Komanda bu araşdırmanın nəticəsində, pandemiya dövründə aparılan incəsənət fəaliyyətlərinin necə risksiz ola biləcəyinə dair rəhbər hazırlamağı hədəflədiklərini bildirib..
9 noyabr 2021-ci il tarixində yayınlanan "Reducing Bioaerosol Emission and Exposures in the Performing Arts: A Scientific Roadmap for a Safe Return from COVID-19" adlı araştırmanı universitetin rəsmi saytında tapmaq və onlayn şəkildə oxumaq mümkündür. Eksperimentlər sağlam olan 63 nəfər könüllü ilə aparılıb. Həmin könüllülər 12 və 61 yaş aralığında, 29-u qadın 34-ü kişidən ibarət olub. Araşdırmanın güclü tərəfləri, məhdudiyyətlər və gələcək çalışmalar (Strengths, Limitations, And Future Work) hissəsində, eksperimentlərin sağlam şəxslər ilə aparıldığı və araşdırmada tənəffüs yoluxucu xəstəliklərin yoluxması riskinin ölçülmədiyi bildirilib.
Araşdırmanın güclü tərəfləri, məhdudiyyətlər və gələcək çalışmalar hissəsindən
Araşdırma haqqında məlumat verilən səhifədə spesifik məqsədlərə də yer verilib. Buradakı məlumata əsasən, araşdırmanın məqsədləri arasında damlacıq yayılımını musiqi ifa edərkən, musiqi alətindən istifadə edərkən və çıxış edərkən qət etdiyi məsafəni ölçmək, incəsənət fəaliyyətlərində həmin yayılımı azaltmaq üçün həllər hazırlamaq, bədii fənlərdə istifadə edilə biləcək rəhbər sənədlər hazırlamaq var.
Araşdırmanın məqsədi
Yayılmaya təsir edən bir çox faktor mövcuddur
Covid-19 virusunun yayılımına təsir edən birdən çox faktor mövcuddur. Damlacıq yolu ilə yoluxma da bunlardan biridir. Kolorado Dövlət Universitetində aparılan eksperimentlərin ilk nəticələri, musiqi ifa etmək və danışmaq ilə bağlı dataları ehtiva edir. Nəfəsli musiqi alətlərindən istifadə etmək ilə bağlı data bu mərhələdə hələlik ölçülməyib. Həmin datanın hazırda araşdırıldığı qeyd olunub. 63 nəfərlik qrupla musiqi ifa etmək və danışmaq üzərindən aparılan eksperimentin nəticəsində məlum olub ki, musiqi ifa etmək danışmaqdan 77 faiz daha çox damlacıq yayılmasına yol açır. Qrupdakı yetkin qadın və kişilərin, uşaqlara nisbətən 62 faiz daha çox damlacıq yaydığı, kişilərin isə qadınlara nisbətən 34 faiz daha çox damlacıq yaydığı məlum olub. Lakin, qadın və kişi, uşaq və böyük arasındakı damlacıq fərqinin böyük ölçüdə iştirakçıların səs həcmi və ekshalasiya edilmiş karbon dioksidindən qaynaqlandığı deyilir. Bir kişinin danışıq yolu ilə 12 yaşlı bir uşağa nisbətən daha çox damlacıq yaya bildiyi, lakin qışqıran və ya musiqi ifa edən bir uşağın bir kişidən daha çox damlacıq yaya biləcəyi bildirilir.
İddiada araşdırmanın Covid-19 virusunun və omicron variantı daşıyıcılarının və yayıcıların ən çox kişilər olduğu bildirilmişdi. Lakin araşdırma tənəffüs yolu xəstəliyinin yayılımını araşdırmaq və ya hansı cinsin yaydığını müəyyən etmək üzərinə qurulmayıb. Eləcə də araşdırma omicron variantının ortaya çıxmasından bir il əvvəl təklif edilib və günlər əvvəl ilk dəfə yayınlanıb. Covid-19 virusunu və omicron variantını hansı cinsin yaydığına dair araşdırma yoxdur. Ən çox hansı cinsin virusdan öldüyünə dair yeddi ölkədə aparılan araşdırmanın nəticəsinə əsasən Covid-19 virusuna yoluxmuş şəxslərdə ölüm nisbətinin hər yaşa görə kişilərdə daha yüksək olduğu aşkarlanıb. Kişi və qadınlarda gen, hormon və xromosom fərqinin, hər iki cinsin Covid-19-u necə keçirəcəyinə təsir etdiyi düşünülür. Yenə də Covid-19 virusunun fəsadlarında yoluxmuş insanların xəstəlik keçmişi, risk qrupunda olub olmaması, yaşı, peyvənd olub olmaması kimi faktorlar da təsirlidir.