2016-cı ilidə həyatını itirən Corona pivə fabrikinin qurucusu Antonino Fernandezin, öldükdən sonra böyüdüyü kəndin sakinlərinin hər birinə 2.6 milyon dollar miras qoyduğu iddia olunub.
İddia ilə bağlı araşdırma aparanda 2016-cı ildə Fernandezin ölümünün ardından yayıldığını görmək mümkündür. Lakin iddia doğru deyil. Fernandez tərəfindən əsası qoyulmuş “Fundación Cerezales Antonino y Cinia” adlı mədəniyyət və incəsənət mərkəzinin sözçüsü Lucia Alajos iddialar ilə bağlı açıqlama verib, iddiaların həqiqəti əks etdirməyini bildirib. O, Mashable adlı xəbər saytına verdiyi açıqlamada, Fernandezin vəsiyyətini ailəsinin yeni açdığını, hələlik mirası dəqiq kimin aldığını bilməsələr də, “Kənd sakinlərinin almadığını təsdiqləyə bilərəm.” deyib. Alajos, bəzi ailə üzvlərinin həmin kənddə evləri olsa da orada yaşamadıqlarını, sadəcə tətillərdə getdiklərini də əlavə edib.
İddianın ispanca yayım edən Diario de Leon qəzetindəki başlığın yanlış tərcüməsindən qaynaqlandığı da düşünülür. Türkiyədə yayılan iddialarda da 2016-cı ildə həmin qəzetin xəbəri mənbə göstərilib və Teyit iddianın yanlış olduğunu ortaya qoyub.
Fernandezin 13 bacı və qardaşı var
Mövzu ilə bağlı BBC-nin də 2016-cı ildə yayınlanmış xəbəri mövcuddur. Bu xəbərdə Diario de León qəzetinin redaktoru Pilar Infiesta, mirasın açıqlanma müddətinin ən azı altı yeddi ay vaxt alacağını bildirərək, “Antoninonun 13 bacı və qardaşı var, qan qohumluğu olan bütün insanları təsəvvür edin.” deyib.
Guardian-da paylaşılan bir xəbərə əsasən, Fernandezin doğulduğu. İspaniyanın Cerezales del Condado kəndindəki tək barın sahibi Maximino Sánchez, “Bütün kənd bir gecədə varlı oldu? Xeyr. Lakin hamımız onun kənd üçün etdiyi faydalı işlərlə fəxr edirik” cümləsindən istifadə edib.
Qış aylarında kənddə sadəcə 30 nəfərin qaldığını, kənddə ediləcək məşğuliyyət olmadığını, sənaye olmadığını vurğulayan Sánchez “Antoninonun qarşılıqsız köməyi sayəsində hazırda hamımızın evinə təmiz su gəlir. Kəndin bütün yolları yenidən düzəldildi. Kilsənin içi və çölü yenidən bərba edildi.” deyib.
İddia daha əvvəl fakt yoxlama quruluşu Snopes tərəfindən də yanlışlanıb.