Angela Merkelə aid olduğu iddia edilən cümlələr

Angela Merkelə aid olduğu iddia edilən cümlələr

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Angela Merkelin belə bir açıqlamasını açar sözlərlə tapmaq mümkün deyil.

Almaniya hökümətinin rəsmi saytında belə bir sitat yoxdur.

Mətbuatda Merkelin belə bir açıqlamasına rastlanmır.

Merkelin keçmiş açıqlamalarında buna bənzər açıqlama yer almayıb.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə Almaniyanın keçmiş kansleri Angela Merkelə aid olduğu iddia edilən cümlələr paylaşılıb. Merkelə aid olduğu iddia edilən cümlələrdə, müsəlmanlardan, Hindistan və Çin əhalisinin inanclarından müqayisəli bəhs edilir.

angela merkel teyitaz iddia ekrani

Merkelin belə açıqlaması yoxdur

İddia cümlələrini Google vasitəsilə alman dilinə tərcümə edib açar sözlər ilə axtarış etdikdə, hər hansı bir nəticə çıxmır. Mətbuatda çıxan xəbərlərə nəzər yetirmək üçün Google News-da axtarış etmək mümkündür. Açar sözlər ingilisalman dillərində axtarış etdikdə nəticə çıxmır.

Google-da axtarışımıza davam edərkən həmin cümlələrin Merkelə aid olduğu iddiası ilə iki saytda verildiyini görürük. Lakin bu saytlarda da iddianın mənbəyinə yer verilməyib.

Almanca media monitorinq və mətbuat bazası saytı olan Genios-da axtarış etmək mümkündür. Alman dilində açar sözlərdən istifadə edərək bu bazadakı xəbərləri axtardıqda hər hansı bir nəticə olmadığını görürük.

Hökümətin rəsmi saytında da axtarış etmək mümkündür. Google vasitəsilə hökümət saytında açar sözlərlə axtarış edərkən də nəticələrdə Merkelin belə bir açıqlaması olmadığını görürük.

Angela Merkelin keçmiş açıqlamalarına nəzər yetirdikdə islam ilə bağlı açıqlamalarını görmək mümkündür. Bu açıqlamalar arasında “İslam terrorun mənbəyi deyil” , “İslam Almaniyaya aiddir” kimi ifadələr mövcuddur. Mətbuatda və ya rəsmi hökümət saytında Merkelin iddia edildiyi kimi açıqlaması mövcud deyil.