Alma qabığındakı mumun meyit çürüməsin deyə istifadə olunduğu və zərərli olduğu iddiası

Alma qabığındakı mumun meyit çürüməsin deyə istifadə olunduğu və zərərli olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Azərbaycan Səhiyyə Nazirliyinin qida məhsullarının təhlükəsizliyi haqqında yayınladığı Sanitariya-Epidemioloji qaydalar və normativlər sənədində parafin mumu, şam mumu kimi mum çeşidlərinin insan sağlığına zərərli olmadığı və qidalarda istifadə edildiyi məlumatı mövcuddur.

Qidalarda Əlavələr üzrə FAO/WHO Birləşmiş Ekspert Komitəsi (JECFA) tərəfindən yayınlanan beynəlxalq standartlar sənədində də meyvələrdə istifadə edilən mumun zərərli olmadığı bildirilib.

Amerika Qida və Dərman Administrasiyasının (FDA) da meyvələrdə istifadə olunan mumların zərərli olmadığını deyir.

Almanın üzərindəki maddə meyit çürüməsin deyə vurulan maddə deyil. Azərbaycanda cənazələrdə istifadə olunan maddə kamfora ağacından əldə edilən kafur adlı maddədir.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan videoda qabığı soyulan almanın üzərində ortaya çıxan ağ maddənin cənazələrdə cəsəd çürüməsin deyə istifadə olunan maddə ilə eyni olduğu və insan sağlamlığına zərərli olduğu iddiası irəli sürüldü.

teyitaz elma kabugu madde iddia ekrani

Qidalarda istifadə olunan mumlar zərərli deyil

Qidalarda istifadə maddələr ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet səhifələrində məlumat tapmaq mümkündür. 

Qida Məhsullarının Təhlükəsizliyinə və Qida Dəyərliliyinə Gigiyenik Tələblər, Sanitariya-Epidemioloji qaydalar və normativlər sənədində, yeddinci bölümdə, qida məhsullarının hazırlanması üçün istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavələri siyahısında, rəngləyici, turşuluq tənzimləyici, qatılaşdırıcı kimi qidalarda istifadə edilən bir çox maddənin adı verilib

Şirləyici və ayırıcı kimi xüsusiyyətlərə malik olan mum növləri də (arı mumu, şam mumu vs) təhlükəsiz qida əlavələri arasındadır.  Bu əlavələr alma kimi meyvələrdə də istifadə olunan qida əlavələridir. 

teyitaz elma kabugu azerbaycan saglik bakanligi belge

Mənbə Səhiyyə Nazirliyi

Bu əlavələrin miqdarı qida təhlükəsizliyinə dair sənədlər hazırlayan qurumlar tərəfindən müəyyən edilir. Eləcə də Avropada və ABŞ-da da həmin mumlardan qida əlavəsi olaraq istifadə olunur. Amerika Qida və Dərman Administrasiyasının (FDA) rəsmi saytında da verilən məlumatda da  meyvə və tərəvəzlərdə istifadə olunan mumların insan sağlamlığına zərəri yoxdur. 

Qida maddələrindəki əlavələrin insan sağlamlığına zərəri ilə bağlı risk dəyərləndirmələri Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən yaradılmış müstəqil və beynəlxalq qurum Qidalarda Əlavələr üzrə FAO/WHO Birləşmiş Ekspert Komitəsi (JECFA) tərəfindən müəyyən edilir. Qurumun yayınladığı Ümumi Qida Əlavələrində Ümumi Standart sənədində, alma kimi meyvələrin təzəliyini və keyfiyyətini qorumaq üçün üzərində mumlardan istifadə edildiyi qeyd olunub.

teyitaz elma kabugu birlesmis milletler belge

Mənbə FAO

Cənazədə istifadə edilən maddənin adı kamforadır

Cənazə zamanı cəsədlərdə istifadə edilən maddə ilə qidada istifadə edilən maddənin eyni olduğu iddiası yanlışdır. Azərbaycanda ölü yuyulduqdan sonra isfifadə edilən maddənin adı kafurdur. Muma bənzəyən bu maddə kamfora (Cinnamomum camphora) adlı ağacdan əldə edilir.