Sosial şəbəkədə paylaşılan bir fotonun 8 aylıq hamilə olan qadının 800 metr qaçışa qoşularaq birinci yeri tutduğu iddia olundu. İddiaya əsasən yarışın qalibi Alisiya Montanadır.
Hamilə ikən yarışda sonuncu olub
İddianın doğru olub olmadığını yoxlamaq üçün açar sözlərlə axtarış motorlarında axtarış edə bilərik yaxud iddia fotosundan aldığımız ekran görüntüsünü əks axtarış üsulu ilə araşdıra bilərik. Hər iki nəticədə də Alisiya Montana adlı yarışçının 8 aylıq hamilə ikən 2014-cü ildə yarışlara qoşulduğunu təsdiqləyirik. Lakin Montana, hamiləlik dövründə qoşulduğu yarışda iddia edildiyi kimi çempion olmayıb. Bunu əvvəlcə həmin dövr yayınlanan xəbərlərdən doğrulaya bilirik.
Digər yandan Montananın televiziya kanallarına verdiyi müsahibə videosunu YouTube-da tapmaq mümkündür. Videoda yarış anına dair verilən görüntülərdən onun yarışda qalib deyil sonuncu olduğunu görürük.
Eləcə də USATF TV-nin veb saytında 2014-cü ildə həyata keçirilən yarışın iştirakçılarına, qaliblərinə və yarış videolarına baxmaq mümkündür.
2014-cü ildə keçirilən yarışın nəticələri
Yarışçı ilə bağlı xəbərlərə nəzər yetirdikdə, onun sadəcə 2014-cü ildə yox 2017-ci ildə də hamilə ikən yarışlara qoşulduğun xəbərlərini görürük. Lakin Montana yenə birincilik qazanmayıb.
O, verdiyi müsahibələrdə niyə hamilə yarışlara qoşulduğunu izah edərkən, qalib olmaq üçün yox, təmsil edilə bilməyən insanlar üçün bunu etdiyini bildirir. 2017-ci ildə verdiyi bir müsahibədə deyir:
“Mən çox fərqli insanları təmsil edirəm. Qadınları təmsil edirəm. Qara dərili qadınları təmsil edirəm. Hamilə qadınları təmsil edirəm. Hamının mənim sahib olduğum platforma çatımlılığı yoxdur. Məncə səsimi eşitdirmək və onları müdafiə etmək məsuliyyəti daşıyıram.”
2014 və 2017-ci illərdə hamilə ikən yarışlara qoşulan Alisiya Montana çempion olmayıb.
Montananın qazandığı yarışların siyahısı
Lakin Montana, hamilə olmadığı dövrlərdə qoşulduğu yarışlarda 7 dəfə ABŞ Çempionluğunu və fərqli medalları qazanıb.