Kövrələn əsgər fotosunun Ukrayna əsgərini göstərdiyi iddiası

Kövrələn əsgər fotosunun Ukrayna əsgərini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto İngiltərə əsgərini göstərir.

Fotodakı əsgər 2008-ci ildə Əfqanıstanda öldürülən paraşütçü Jeff Dohertynin qardaşı Fin Dohertydir.

Altı yaşında qardaşını itirən Finin bu fotosu 2019-cu ildə paraşütçülük təlimini bitirərkən çəkilib.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə yayılan bir fotonun ukraynalı əsgəri göstərdiyi iddia olunub. Foto “Duruşu ilə milyonları kövrəldən ukraynalı döyüşçü” məlumatı ilə paylaşılıb.

teyitaz iddia ekrani asker fotografi

Foto 2019-cu ildəndir və ingilis əsgəri göstərir

Fotonu əks axtarış üsulu ilə araşdırdıqda köhnə tarixli olduğunu görürük. 2019-cu ildə xəbərlərində yer alan foto İngiltərə əsgərini göstərir. Fotodakı şəxs 2019-cu ildə paraşütçülük təlimini bitirən Fin Doherty adlı əsgərdir.

Əsgərin duruşunda kövrəldiyini görmək mümkündür. Bunun səbəbi Fin hələ 6 yaşında olarkən itirdiyi qardaşı paraşütçü əsgər Jeff Dohertydir. Jeff Doherty 2008-ci ildə Əfqanıstanda ilk xidməti zamanı öldürülüb. Finin 6 yaşında qardaşını itirdiyi zaman xəbərlərdə paylaşılan fotosu da mövcuddur. O böyüyəndə qardaşının yolunu davam etdirmək üçün paraşütçülük təhsili almağa qərar verib. İddia fotosu Finin təhsilini bitirdiyi anları göstərir.

Fin və anasının qonaq olduğu və qardaşından da bəhs etdiyi bir verilişi internetdə tapmaq mümkündür.