AFAD-ın “Tuborg” və “Efes” loqolu yun gödəkçələri qəbul etmədiyi iddiası

AFAD-ın “Tuborg” və “Efes” loqolu yun gödəkçələri qəbul etmədiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Spirtli içki sahəsinə tətbiq edilən tənzimləmələrə görə spirtli içki istehsal edən heç bir şirkət öz markasının loqosunun olduğu məhsulları yardım olaraq göndərə bilməz.

AFAD “Efes” və ya “Tuborg” kimi spirtli içki istehsal edən şirkətlərin yun geyimlər bağışlamaq üçün AFAD ilə əlaqə saxlamadığını söyləyib. AFAD bu yardımın geri çevrildiyi ilə bağlı təlimatın verilmədiyini əlavə edib.

“Anadolu Efes” zəlzələdən zərər çəkən şəhərləri geyim, sığınacaq, qida, yuxu çantası, qızdırıcı kimi gərəkli yardımlar ilə təmin etdiyini açıqlayıb.

“Anadolu Efes”in yardım üçün göndərdiyi əşyaların arasında üzərində “Efes Pilsen” loqosu olan yun gödəkçə yoxdur.

“Türk Tuborg”un səlahiyyətli nümayəndələri AFAD-ın yardım kampaniyası çərçivəsində üzərində marka loqosu olan yun gödəkçələri göndərib göndərmədiklərini hələ ki, “Teyit”ə bildirməyib.

Görüntüdəki yun gödəkçə “Gardrops” adlı ikinci əl geyim tətbiqində satılıb.

2023-cü il fevralın 6-da Kahramammaraşda baş verən iki zəlzələdən sonra bir çox şirkət yardım kampaniyalarına qoşulub. Edilən paylaşımlarda AFAD-ın hadisə yerində pivə reklamı olduğu üçün “Tuborg” və “Efes” loqolu yun gödəkçələri qəbul etmədiyi iddia olunub.

az pive marka geyim turk

Tənzimləmələr yardıma əngəl olur

Spirtli içki sahəsinə tətbiq olunan tənzimləmələr səbəbi ilə spirtli içki istehsal edən şirkətlərin heç biri öz markasının loqosu olan məhsulları yardım olaraq göndərə bilmir. 7 yanvar 2011-ci il tarixli Tütün məhsulları və spirtli içkilərin satışı və təqdimatı ilə bağlı üsul və əsaslar haqqında” tənzimləməyə görə tütün və spirtli içki markaları üzərində loqo olan hər cür nümunə və ya məhsulu yardım məqsədilə olsa belə göndərə bilmir. 

AFAD markalardan belə bir tələb gəlmədiyini bildirib 

“Teyit”in əlaqə saxladığı AFAD nümayəndələri hadisə yerinə göndərilən yardımın AFAD və Ailə Nazirliyinin nümayəndələri ilə birlikdə təşkil edildiyini söyləyib. AFAD nümayəndələrinin görüşdüyü yardım nümayəndələri AFAD-ın üzərində spirtli içki loqosu olduğu üçün məhsulların qəbul edilməyəcəyi ilə bağlı təlimat verilmədiyini söyləyib. 

Səlahiyyətli nümayəndələrin sözlərinə görə “Efes” və ya “Tuborg” kimi spirtli içki şirkətlərindən üzərində loqo olan yun gödəkçələri bağışlamaq istədikləri ilə bağlı tələb AFAD-a gəlməyib.

“Efes”in yardımına loqolu məhsullar daxil deyil

“Teyit” mövzu ilə bağlı məlumat almaq üçün “Andolu Efes”in mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun nümayəndələri zəlzələdən zərər çəkən şəhərlərə gərəkli yardımı göndərdiklərini söyləyib və yardıma geyimlərin də daxil olduğunu bildirib. 

Daha sonra “Anadolu Efes” 2023-cü il fevralın 8-də “LinkedIn”də etdiyi paylaşımda hadisə yerinə sığımacaq, qida, yuxu çantası, qızdırıcı kimi ehtiyac duyulan yardımı göndərdiklərini açıqlayıb

“Anadolu Efes” zəlzələ ərazisinə yardım üçün bir çox avadanlıq göndərir, lakin bunların içərisində üzərində “Efes Pilsen” loqosu olan yun gödəkçələr yoxdur. Qurumun nümayəndələri tənzimləmələr səbəbi ilə üzərində spirtli içki markası olan geyim yardımı göndərmələrinin mümkün olmadığını açıqlayıb. 

“Teyit” məlumat almaq üçün “Türk Tuborg” ilə də əlaqə saxlasa da səlahiyyətli şəxslər cavab verməyib. 

Görüntüdəki yun gödəkçə ikinci əl geyim tətbiqində satılıb.

“Anadolu Efes” bir çox içki markasını özündə birləşdirən şirkətdir. “Efes Pilsen” “Anadolu Efes”ə aid olan pivə markasıdır. Fotolarda paylaşılan yun gödəkçənin üzərində “Efes Pilsen” loqosu mövcuddur.

Yun gödəkçənin fotosunu əks foto axtarışı üsulu ilə axtararkən gödəkçənin “Gardrops” adlı ikinci əl geyim tətbiqində satıldığını görürük. Yəni görüntüdəki yun gödəkçə AFAD-a göndərilə bilməyən gödəkçələrə aid deyil.

efes polar

Spirtli içki markaları tənzimləmələrdən əvvəl nümunə olaraq müxtəlif loqolu məhsullar istehsal edə bilirdi. Görüntüdə yer alan yun gödəkçə məhdudlaşdırıcı tənzimləmələrdən əvvəl istehsal edilmiş ola bilər.

Yeniləmə: 09/02/2023

“Anadolu Efes”in mətbuat xidməti AFAD-a belə bir yardım tələbi etmədiklərini və AFAD-dan mövzu ilə bağlı rədd cavabı almadıqlarını bildirib”, ifadəsi qurumun tələbi ilə çıxarılıb.