ABŞ prezidentinin təzəlikcə xərçəngə tutulduğunu açıqladığı iddiası

ABŞ prezidentinin təzəlikcə xərçəngə tutulduğunu açıqladığı iddiası

Yanlış Yanlış

Faktlar

Biden ABŞ prezidenti seçilməzdən əvvəl xərçəng olub.

Ağ Ev də Bidenin prezident olmazdan əvvəl xərçəng olduğunu təsdiqləyib.

Biden ABŞ prezidenti olduqdan sonra yayınlanan sağlamlıq hesabatında prezident olmadan əvvəl xərçəng əməliyyatı olduğu və prezident olarkən hər hansı xərçəng şübhəsi qalmadığı məlumatı var.

Sosial mediada və xəbər saytlarında ABŞ prezidentinin xərçəng xəstəliyinə tutulduğu məlumatı verilib.

iddia ekrani bidenin xerceng oldugu iddiasi

Biden prezident seçilməzdən əvvəl xərçəngdən əməliyyat edilib

ABŞ prezidenti Joe Biden 21 iyul 2022-ci il tarixində, Delaware ştatında iqlim böhranının səbəb olduğu nəticələrdən bəhs edib. O, çıxışında neft emalı zavodlarına da işarə edərək uşaqlığının keçdiyi bölgədə hava kirliliyindən özünün və həmin bölgədə böyümüş insanların xərçəng olduğunu deyib


Onun ifadələri bəzi xarici və yerli mətbuatda Bidenin xərçəng olduğu kimi şərh edilib.
Lakin Biden hazırda xərçəng deyil. Ağ Ev tərəfindən paylaşılan Bidenin səhhətilə bağlı məlumatlar olan hesabatı təhlil etdikdə, onun keçmişdə melanoma olmayan dəri xərçənginə görə əməliyyat edildiyini görmək mümkündür. Onun ABŞ prezidenti olmazdan əvvəl əməliyyat edildiyi və prezident olduqdan sonra hər hansı xərçəng şübhəsi olmadığı da hesabatda vurğulanıb.bidenin xerceng oldugu iddiasi analizi saglamliq hesabati

Eyni zamanda Bidenin Delaware əyalətindəki çıxışının ardından, Ağ Evin mətbuat katibinin müavini Andrew Bates, Washington Post qəzetinin fakt yoxlayıcısının paylaşımını təsdiqləyərək Bidenin indi deyil, keçmişdə xərçəng olduğunu bildirib.

İddia fakt yoxlama qurumu Doğruluk Payı tərəfindən də araşdırılıb.