ABŞ prezidentinin boşluqla danışdığı iddiası

ABŞ prezidentinin boşluqla danışdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Bayden boşluqla deyil, arxasındakı insanlarla söhbət edib.

Fərqli bucaqdan çəkilən kadrlarda onun arxasında dayanan insanlar görünür.

Sosial şəbəkədə və xəbər saytlarında yayılan görüntünün ABŞ prezidenti Co Baydenin arxasına dönərək boşluqla söhbət etdiyini göstərdiyi iddia edilib.

baydenin bosluqla sohbet etdiyi iddiasi ekran

Baydenin arxasında insanlar dayanıb

Xəbərə yer verən saytlardakı videolarda Baydenin arxasındakı  “Hollow Bridge” yazısı görünür. Bu sözlərdən istifadə edərək Google-da axtarış etdikdə həmin çıxışın detallarını tapırıq.

Pensilvaniya ştatının internet saytındakı məlumata əsasən Bayden Pittsburq şəhərindəki Fern Hollow Körpüsünü ziyarət edib. Bu ziyarətin məqsədi Bayden administrasiyası tərəfindən təsdiqlənən və 2026-ci ilə qədər müxtəlif yol, körpü, ictimai nəqliyyat kimi infrastrukturaya investisiyanı hədəfləyən qanunun vacibliyini vurğulamaqdır.  Fern Hollow Körpüsü 2022-ci ilin yanvar ayında çökmüş və bir neçə insanın yaralanmasına səbəb olmuşdu.

Baydenin çıxışının fərqli bir bucaqdan çəkildiyi kadrlar da mövcuddur. C-Span-də yayımlanmış videoda Baydenin arxasında mühafizəçilər və başqa insanlar var. Yəni Bayden boşluğa yox, onlara doğru danışıb.

baydenin bosluqla danisdigi iddiasi 1

WTAE-TV Pittsburgh Facebook səhifəsində canlı yayımlanan görüntülərdə də Baydenin baxdığı və danışdığı yerdə insanların olduğunu görmək mümkündür. Hətta Baydenin onlara salam verdiyi zaman yaşıl geyimli şəxsin qarşılıq verdiyi də görünür. 

Yəni kadrlar kontekstdən çıxarılaraq təqdim edilib və Bayden boşluq ilə danışmayıb.

baydenin bosluqla danisdigi iddiasi 2

79 yaşlı ABŞ prezidenti Bayden yaşına görə müxtəlif iddiaların mövzusuna çevrilib. Daha əvvəl Bayden ilə bağlı Vyetnam qazisinin medalını tərs taxdığı, Naftali Bennett ilə iclas zamanı yuxuya getdiyi kimi kamera bucağına görə yanlış şərh edilən iddialar yayılıb.