ABŞ polisinin həbs etdiyi vətəndaşın FBI agenti çıxdığı iddiası

ABŞ polisinin həbs etdiyi vətəndaşın FBI agenti çıxdığı iddiası

Yanlış Yanlış

Faktlar

Videoda həbs olunan Atter Monydel adlı şəxs FBI agenti olmadığını da özü də təsdiqləyib

2019-cu ildə çəkilmiş videoda ilə bağlı iddialara dair ABŞ Rochester Polis Şöbəsi də açıqlama verərək həmin şəxsin Federal Təhqiqat Bürosu (FBI) agenti olmadığını deyib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

ABŞ-da George Floydun polis tərəfindən öldürülməsindən sonra ölkədə irq bərabərsizliyinə diqqət çəkən aksiyalar artmağa başladı. Aksiyaların başlaması ilə birlikdə bəzi yanlış məlumatlar da internetdə yayılmağa başladı. Bunlardan biri də sosial şəbəkədə yayılan bir videonun polis tərəfindən qaradərili bir vətəndaş həbs edilərkən FBI agenti olduğunun ortaya çıxdığını göstərdiyi iddiasıdır.. Bu iddialardan sadəcə biri 30 min dəfədən çox izlənildi. 

abs polisinin hbs etdiyi vtndasin fbi agenti cixdigi iddiasi 1

Lakin iddia doğru deyil. Video 2019-cu ildə çəkilib. Həbs edilməyə çalışılan şəxs FBI agenti deyil. Videodakı polislərin işlədiyi Rochester Polis İdarəsi də hadisənin 2019-cu ildə baş verdiyini və bu şəxsin FBI agenti olmadığını açıqladı.

Videodakı şəxs FBI agenti deyil

Kadrlarda iki ağ dərili polisin həbs etməyə çalışdığı qaradərili bir vətəndaş görülür. Video əsnasında qandallanmağa çalışılan şəxs polisə kimliyinə baxmaları yönündə xəbərdarlıq edir. Polislər həmin şəxsin kimliyini yoxladıqdan sonra qandalları çıxardır. Lakin videoda polislərin həbs etməyə çalışdığı şəxsin FBI agenti olduğuna dair hər hansı bir diyaloq yoxdu. Hadisənin sosial şəbəkədə sürətlə yayılması nəticəsində ABŞ Rochester Polis Şöbəsi bir mətbuat açıqlaması verdi. Açıqlamada, hadisənin 2019-cu ildə Rochester Polis Şöbəsinin məmurlarının şəhərin mərkəzindəki bar və əyləncə yerlərində vəzifələrini yerinə yetirərkən baş verdiyi qeyd edildi.

Polislərin haqqında həbs qətimkan qərarı olan bir şəxs ilə videodakı şəxs arasında fiziki olaraq çox bənzərlik olduğu üçün bu şəxsi saxladığı bildirilib. Açıqlamaya görə saxladıqları şəxs “polisə kömək etmədiyi üçün” şübhəli olaraq görünüb və qandallanıb. Şəxsiyyəti təqsdiləndikdən sonra axtarışdakı şəxs olmadığı məlum olub və azad edilib. Açıqlamada sosial şəbəkədə iddia edilənin əksinə həmin şəxsin Federal Təhqiqat Bürosu (FBI) üzvü olmadığı qeyd edilib.

Videoya gələn şərhlərdən birində həmin şəxsin əslində peşəsinin paramedik (təcili tibbi yardım həkimi) olduğu qeyd edilib. Abdullahi adlı istifadəçi ilə əlaqəyə keçən Teyit bu şəxsin köməyi ilə videodakı şəxsin sosial şəbəkə hesabını tapdı. Atter Monydel adlı şəxsin sosial şəbəkə səhifəsinə baxanda FBI agenti olduğunu iddia edən videonu paylaşaraq “I remember this. That shit wrong. Minneapolis turn the fuck up!” yəni “Bunu xatırlayıram. Bu səhvdir.” şərhini yazıb. Bundan əlavə Monydelin peşə məlumatlarında da paramedik olduğu qeyd edilib. Teyit, Monydel ilə əlaqə saxladı. O videodakı şəxs olduğunu təsdiqlədi. 4 iyun 2020 tarixində Atter Monydel sosial media hesabında bir açıqlama verərək videodakı şəxsin özü olduğunu lakin bir FBI agenti və ya polis məmuru olmadığını deyib.

 

Mövzu ilə bağlı Snopes ve Reuters fakt yoxlama komanlarının hazırladıqları analizlərdə də videonun 2019-cu il @thisisnike1 adlı istifadəçi tərəfindən Instagram hesabında paylaşıldığı məlumatı verilib. Lakin video silindiyi üçün görüntülənə bilmir. 31 may 2020 tarixində YouTube-da yayınlanan bir videonun açıqlamasında da “Bir şey məni bu videonu bir ildən artıqdır ki saxlamağa sövq edir. Evdə işləyəndə, qaçanda, oynayanda, öz işiniz ilə məşğul olanda və ya sadəcə nəfəs alanda öldürüldüyünüzü təsəvvür edirsiniz? Bu hadisə bir il əvvəl baş verib. Hətta siqareti də rahat çəkə bilmirsən” cümlələrinə yer verilib. Videonun başlığında “Rochester Minnesota Polisi qaradərili bir FBI agenti ilə qarşılaşıb?” deyilsə də açıqlamada bu şəxsin FBI agenti olduğuna dair məlumat yoxdur.

Videodakı şəxsin FBI agenti olmadığına dair şərhlər

Sosial şəbəkədə bəzi istifadəçilər də bu kadrlardakı şəxsin FBI agenti olmadığını və videonun 2019-cu ilə aid olduğunu yazıbVideonu çəkən şəxsin isə ThisisNike adlı istifadəçi olduğu deyilib. Teyit, videonu çəkdiyi iddia edilən şəxslə əlaqə saxlamağa çalışsa da hələlik bir cavab almadı. 

 

fbi video alti yorumlari abs polisinin hbs etdiyi vtndasin fbi agenti cixdigi iddiasi

 

Twitter istifadəçilərinin videoya yazdığı şərhlər

 

Polisin kimliyini tələb etmək bir hüquqdur

Videoda polis tərəfindən saxlanılan şəxsin polislərdən kimliklərini tələb etdiyi görünür. Bu əslində normal bir haldır. Çünki sizi saxlayan, haqqınızda tədbir görmək istəyən polislərin kimliyini soruşmaq hüququnuz var. Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) polisin sizi saxladığı halda edə biləcəkləriniz haqqında yazdığı məlumatlar mövcuddur. Əyalətlər üçün internet saytları quran ACLU-nun Rochester ilə əlaqədar New York saytına baxış keçiridikdə, polisin özünü təqdim etməsini tələb etmə hüququ olduğunu görmək mümkündür. Yəni bəzi əyalətlərə görə dəyişsə də ümumilikdə bir prinsip olaraq mövcuddur.

Videoda səhvən saxlanılan və hüququnu tələb edən bir vətəndaş görürük. Mövzunu təhlil edən Nzherald isə polis şöbəsinin verdiyi məlumatları bölüşərək yolda saxlanılan şəxsin hadisə yerindəki rəisi görmək istədiyini təsdiqləyir və polis şefi Jim Franklinin ifadəsinə də yer verib. Franklin “Həmişə hər şeyi doğru etməyə bilirik, lakin xidmət verdiyimiz şəhərə ən yaxşı xidməti vermək üçün özümüzü inkişaf etdirməliyik” deyib. Teyitin rəy aldığı insan hüquqları müdafiəçiləri də vətəndaşların polisin kimliyini görmək hüququnun universal bir prinsip olduğunu vurğulayıb.

Azərbaycanda da bu barədə Polis haqqında Azərbaycan Respublikasının Qanununda, II fəsil Polis Əməkdaşının Səlahiyyətləri, Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri qismində yer verilib:

abs polisinin hbs etdiyi vtndasin fbi agenti cixdigi iddiasi 3 

Bundan əlavə həmin qanunun III fəsil Şəxsin Azadlıq, Mənzil Toxunulmazlığı Hüquqlarının Məhdudlaşdırılması, Fiziki Qüvvənin, Xüsusi Vasitələrin və ya Odlu Silahın Tətbiqi ilə Bağlı Polis Əməkdaşının Səlahiyyətləri, Maddə 23. Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri qismində də bununla bağlı bir cümlə var:

abs polisinin hbs etdiyi vtndasin fbi agenti cixdigi iddiasi 4

Yəni sizdən kimliyinizi tələb edən, həbs etməyə və ya saxlamağa çalışan şəxsin həqiqətən də polis olduğundan əmin olma hüququnuz. Lakin ölkələrin demokratiya dəyərlərinə göstərdiyi hörmət, inkişaf endeksi kimi faktorlar bu təbdirlərin müxtəlifləşməsinə səbəb ola bilər.

Sonuç olarak sosyal medyada polisler tarafından tutuklanmaya çalışılan siyah vatandaşın FBI ajanı olduğu iddiası doğru değil. Videodaki kimliğine bakılıp aranan şahıs olmadığı ortaya çıkınca serbest bırakılmış; FBI olduğu anlaşılınca değil. İddia yanlış bilginin türlerinden hatalı ilişkilendirmeye örnek. 

Nəticə etibarilə sosial mediada polislər tərəfindən saxlanılan qaradərili vətəndaşın FBI agenti olduğu iddiası doğru deyil. Videodakı şəxsin kimliyinə baxandan sonra FBI agenti olduğu üçün yox, polisin axtardığı şəxs olmadığı məlum olduğu üçün azad edilib. Bu iddia yanlış məlumatın yeddi növündən xətalı əlaqələndirməyə misaldır.