ABŞ-ın Arkanzas əyalətində kişilərin ayda bir dəfə partnyorlarını döyməsinin qadağan olmadığı iddiası

ABŞ-ın Arkanzas əyalətində kişilərin ayda bir dəfə partnyorlarını döyməsinin qadağan olmadığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Bütün əyalətlərdə qüvvədə olan ABŞ federal qanunlarına görə məişət zorakılığı hüquqi olaraq cəzalandırılır.

Heç bir əyalət qanunun konstitusiya hüquqlarını azalda bilməcəyi kimi Arkanzas əyalətində məişət zorakılığına icazə verən bir qanun mövcud deyil.

Arkanzasda pandemiya şərtlərinə görə yenilənən və təsdiqlənən HB1724 qanun təklifində də Covid-19 dövründə artan məişət zorakılığına vurğu var.

Daha əvvəl də gündəmə gələn iddia ilə bağlı Arkanzas Universitetindən Lorraine Lornenin bu və digər qanunlar haqqında iddiaları çürütdüyü araştırması mövcuddur.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan iddialarda ABŞ-ın Arkanzas əyalətində kişilərin partnyorlarını ayda bir dəfə döyməsinin qanun ilə qadağan olmadığı iddia olunub.

arkansas yasa ile ilgili iddia teyitaz


Məişət zorakılığı bütün ABŞ-da qanuna ziddir

ABŞ-da bütün ştatlarda qüvvədə olan federal qanunlar və sadəcə əyalətlərə məxsus olan əyalət qanunları mövcuddur. Federal qanunlar əyalət qanunlarından üstün olduğu üçün bu qanun ilə tərs düşən bir əyalət qanunu qəbul edilə bilməz. ABŞ-da qəbul edilən 1994-cü il tarixli Qadınlara Yönəlik Şiddət Qanunu (VAWA: Violence Against Women Act of 1994) federal bir qanundur və buna əsasən ABŞ-da qadına partnyorunun şiddət göstərməsi və ya şiddətə təşəbbüskarlıq qadağandır. Yəni Arkanzas və ABŞ-ın bütün digər ştatlarında, qadınların partnyoru tərəfindən şiddətə məruz qalması qanunla yolverilməzdir.

Bundan əlavə, 27 aprel 2021-ci ildə qəbul edilən və təsdiqlənən qanuna dəyişikliyi də tapmaq mümkündür. Bu dəyişiklikdə, Covid-19 pandemiyasının gətirdiyi karantin tədbirlərindən sonra məişət zorakılığında artış olduğu, karantin ərzində bəzi halların aşkarlanma və ya şikayət edilməmə ehtimalının da artırdığı vurğulanıb. 

arkansas aile ici siddet ekran

Nəticə etibarilə, ABŞ-da bütün əyalətlərdə qüvvədə olan qanun habelə Arkanzas əyalətinin öz qanunları partnyorları məişət zorakılığından qoruyur. İddia daha əvvəl də gündəmə gəldiyi üçün Arkanzas Universitetinin Gənclik Hüquq Kitabxanasında direktor asistenti Lorraine Lorne araşdırma aparıb. Araşdırmada, o, bu iddia da daxil olmaqla hüquq ilə bağlı bir çox iddianı çürüdüb