Noyabr 2019 tarixində Çinin Uhan şəhərində ortaya çıxan yeni koronavirusun (Covid-19) 5G texnologiyasının həyata keçirilməsi ilə əlaqəsi oldğu iddia edildi. Dünyada sürətlə yayılan iddiaların gerçək olub olmadığı sualı Azərbaycanda da həm saytlarda həm də televiziyada müzakirə olundu. Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz, İctimai TV və axar.az-a verdiyi intervyularda iddiaların əsassız və qeyri-ciddi olduğunu vurğuladı.
Çindəki 5G testləri və Uhan şəhərindəki yeni koronavirusun meydana gəlməsi tarixləri arasında yaxınlıq olsa da, aralarında hər hansı bəir səbəbə dayanan əlaqə olduğu demək mümkün deyil. Bu iddia bir konspirasiya nəzəriyyəsidir. Araşdırmalarda əldə edilən dəlillər Covid-19-un bir heyvandan insana və ardından da insandan insana yoluxduğunu göstərir.
İddia konspirasiya nəzəriyyəsidir
5G texnologiyasının yeni koronavirus xəstəliyinə səbəb olduğu iddialarını bir konspirasiya nəzəriyyəsi olduğunu deyə bilərik. Bu analizin hazırlandığı tarix etibariylə 5G-nin Covid-19-a səbəb olduğunu sübut edən hər hansı bir elmi araşdırma mövcud deyil.
Virusun bir heyvandan insanlara yoluxduğu dəlilləri mövcuddur. Virus daha sonra insandan insana yoluxdu və dünyaya yayıldı. Xəstəliklərin Qarşısını Alma və Nəzarət Etmə Mərkəzinin (CDC) internet saytındakı məlumatlara əsasən dəvə, yarasa və pişik kimi heyvanlarda görülən koronaviruslar nadir də olsa insanlara keçə bilir. Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi xəstəliklərə yol açan koronaviruslar da heyvanlardan insanlara keçib.
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) internet saytında da Covid-19-un çıxdığı yerə dair məlumatlandırıcı qeydlər var. Bu qeydlərə əsasən virusun ehtimal olunan başladığı yer ilk yoluxma hadisələri ilə əlaqədar olaraq Uhandakı bir dəniz məhsulları bazarı olub. Lakin daha sonrakı araşdırmalar və meydana gələn yoluxmalar dəniz məhsulları bazarının ilk yayılmağa başladığı yer olmama ehtimalını ortaya qoydu.
5G texnologiyasının yeni koronavirusa səbəb olduğu iddiası dünyada da səs gətirdi. Teyit bu mövzu haqqında 28 mart 2020 tarixində bir Teyitpedia yazısı yayınladı. Yeni koronavirus pandemiyası ilə birlikdə konspirasiya nəzəriyyəçilərinin daha çox iddia ortaya atdığını vurğulayan yazıya istinadən Amerikalıların (ABŞ) 29%-i bu nəzəriyyəyə inanır. Ölkədə baş verən son hadisələr də araşdırmanı dəstəkləyir. Huffington Post-un xəbərinə görə məşhur musiqiçi Keri Hilson sosyal medya hesabında 5G-nin Covid-19-a səbəb olduğunu iləri sürdü və istifadəçilərə telefonlarını bağlamaq yönündə çağırış etdi. Bunun ardından Amerika İctimai Sağlamlıq Dərnəyinin Direktoru verdiyi açıqlamada virusun heyvan mənşəli olduğunu və 5G ilə əlaqəsi olmadığını vurğuladı.
İngiltərədə yayın edən Fullfact adlı fakt yoxlama platforması 2020-ci ilin fevral və mart aylarında yayıladıqları analizlərdə 5G-nin Covid-19-a səbəb olduğuna aid hər hansı bir sübut olmadığını bildirdi.
Hadisələri əlaqələndirmək
Çində ilk Covid-19 yoluxması qeydə alınandan bir müddət əvvəl Noyabr 2019-cu ildə 5G texnologiyası mobil cihazlarda istifadəyə açıldı. Konspirasiya nəzəriyyəçilərinin fərqli hadisələr haqqında tez-tez istifadə etdikləri əlaqələndirmə mövzusuna dair Teyit daha əvvəl “kolerasyon nedensellik değildir” başlığı ilə bir yazı yayınladı. Buna əsasən iki hadisə arasında səbəbli bir əlaqə axtara bilmək üçün müəyyən qaydalara əməl etmək lazımdır.
Məsələn, Amerikalı aktyor Nikolas Keycin (Nicolas Cage) rol aldığı filmlərin sayı ilə hovuza yıxılaraq boğulub dünyasını dəyişən insan sayı arasında illik olaraq bir əlaqə olduğunu görmək mümkündür. Təbii ki, sadəcə bu grafikə baxıb Keycin filmlərdə daha çox rol almasının, insanların hovuzda daha çox ölməsinə səbəb olduğunu demək çətindir.
5G texnologiyası Çindən əvvəl Cənubi Koreya və ABŞ kimi ölkələr tərəfindən fərqli tarixlərdə istifadəyə verildi. Bu halda əgər 5G yeni koronavirusa səbəb olsaydı yoluxan ölkələrin ilk dəfə Cənubi Koreya və ABŞ olması gözlənilərdi. Bundan əlavə Covid-19-un yayıldığı ölkələr arasında hələ də 5G texnologiyasından istifadə etməyən bir çox ölə olduğunu da unutmamaq lazımdı.
5G sağlamlığa zərərlidir?
Dünyada bir çox insan 5G-nin insan sağlamlığına zərərli olduğunu iləri sürərək bu texnologiyaya qarşı çıxır. Əslində isə 5G ya da digər adı ilə beşinci nəsil mobil telefon texnologiyası, texnoloji bir dövrün sadə bir parşasıdır. 5G adlı bu texnologiya 1G, 2G, 3G və hazırda istifadə edilən 4G-ni bir addım iləri aparır.
Yüksək sürətli internet məqsədiylə həyata keçirilən 5G haqqında Ümumdünya Səhiyyə Təşkilatının internet səhifəsində də bəzi məlumatlar mövcuddur. Bu məlumatlara əsasən, mövzu ilə əlaqədar bugünə qədər bir neçə araşdırma aparıldı, simsiz texnologiyalara məruz qaldıqda ümumi sağlamlığa mənfi bir təsiri hələ ki müşahidə edilməyib.
Mobil telefonlarımız radio dalğalarını istifadə edərək əlaqə qurmağımızı təmin edir. CDC-nin də məlumatına əsasənradyo dalğaları qeyri-iyonlaşdırıcı radiasiyaya sahibdir. Günəş işığı və ya mikrodalğalı sobadan yayılan qeyri-iyonlaşdırıcı radiasiyaya DNT-yə zərər vermir. İyonlaşdırıcı olan alfta, beta , gama və x şüaları isə DNT-də pozulmalara səbəb olur.
Elektromaqnit sahələrinə məruz qalma həddinin müəyyənləşdirilməsi üzərinə çalışan Beynəlxalq Qeyri-İonlaşdırıcı Radiasiya Qoruma Komissiyasının (ICNIRP) 2020-ci il mart ayşnda verdiyi açıqlama və içərisindəki 5G haqqında açıqlamaların olduğu axırıncı hesabata görə elektromaqnit sahələrin xərçəngə səbəb olduğuna dair hər hansı bir dəlil yoxdur.
Nəticə etibariylə 5G texnologiyasının yeni koronavirusa səbəb olduğuna aid heç bir dəlil yoxdur. İddia bütün dünyada yayılan konspirasiya nəzəriyyəsidir. Covid-19 bir heyvandan insana və ardından insandan insana yoluxdu. İddia ən çox yayılan yanlış məlumat növlərindən uydurma kateqoriyasına aiddir.