1963-cü ilə aid bir qəzetdə cib telefonunun göstərildiyi iddiası

1963-cü ilə aid bir qəzetdə cib telefonunun göstərildiyi iddiası

Doğru Doğru

Faktlar

1963-cü ildə ABŞ-da bir qəzetdə telefonların gələcəkdə ciblərə sığacağı xəbəri yayılmışdı.

Son texnologiya mobil telefonların xüsusiyyətlərinin qeyd olunduğu bu daşına bilən simsiz telefonun uzaq gələcəkdə istehsal olunacağından bəhs edilib.

İlk mobil telefon 1973-cü ildə Motorola tərəfindən icad edilib.

Sosial mediada yayılan qəzet parçasında 18 aprel 1963-cü il tarixli mobil telefon ilə bağlı xəbərin göstərildiyi iddia edilib.

Fotoşəkildə əlində müasir mobil telefonunun oxşarını tutan qadın əks olunub və xəbərin mətnində ingilis dilində belə yazılıb: “Gələcəkdə cibinizdə telefon gəzdirə biləcəksiniz”.

qezet mobil telefonpng

Üzərində “Mansfield News-Journal” yazılan iddiakı şəkili axtardığımız zaman onun əsl qəzet səhifəsindən götürüldüyünü görürük.

18 aprel 1963-cü ildə Ohayoda çıxan qəzetin 20-ci səhifəsindəki xəbərdə aşağıdakı ifadələr yer alır.

“Gələcəkdə cibinizdə telefon gəzdirəcəksiniz. Bir gün oxucularımız telefonlarını ciblərində daşıyacaqlar. Amma bunun sabah satışa çıxacağını gözləməyin. Telefon şirkətinin kommersiya meneceri Frederik Hantsman deyir: "Bu telefon kommersiya baxımından uzaq gələcəkdədir". Hazırda, bu, laboratoriya versiyasıdır və həyata keçirilə bilər, operatora harada olmasından asılı olmayaraq zəng etməyə və zənglərə cavab verməyə imkan verir. Gələcəyin digər telefonlarına mətbəxdə yüksək səslə danışan telefon və vizual video telefon daxildir. Mətbəx cihazını adi telefon, ev xanımı yemək hazırlamaqla məşğuldursa dinamikli telefon, yaxud ev üçün domofon kimi istifadə etmək olar”.

Xəbərdə bugünkü smartfonların xüsusiyyətlərindən biri olan vizual ünsiyyətin qurulmasının mümkün olduğu da qeyd olunub.

“Vizual video telefon tərəflərə mikrofon və dinamik vasitəsilə danışmağa imkan verir, miniatür televiziya kamerası isə görüntünü ötürür” sözləri ilə bu mobil telefonların uzaq gələcəkdə də mümkün ola biləcəyi bildirilib.

İddia da yer alan şəklindəki prototip 1966-cı ildə yayımlanmağa başlayan Star Trek seriyasındakı qapaqlı cib telefonlarını xatırladan Communicator adlı ünsiyyət vasitəsinə bənzəsə də, Communicatordan üç il əvvələ aiddir.

telefon cib 1960

Star Trek - Communicator

Mansfield Telefon Şirkətinin sonrakı illərdə mobil telefon texnologiyası ilə bağlı heç bir fəaliyyətinə rast gəlinmir.

"Snopes" xəbər doğrulama saytı da fotonu incələyərək bu xəbərin doğruluğunu təsdiqləyib.

Mobil telefonlar 1980-ci illərə qədər bazara çıxmadı.

1970-ci illərdə hər kəsin bir gün mobil telefonu olacağı qəbul edilmiş bir fikir idi. 3 aprel 1973-cü ildə "Motorolla"nın mühəndislərindən olan Martin Kuper ilk mobil telefon danışığını edən şəxs kimi tarixə düşüb.

Kuperin simsiz rabitə vasitələrinə öncülük edən "Motorola DynaTac" yalnız 10 il sonra ictimaiyyətə təqdim edilib.

Mobil telefonlarla bağlı proqnozlar qədim dövrlərə gedib çıxır.

1900-cü illərin əvvəllərindən etibarən bütün dünyada mobil telefonlar haqqında müxtəlif proqnozlar yayılmağa başladı. "WK Haseldenin Daily Mirror"un 1919 və ya 1923-cü il saylarında dərc olunmuş komiksi təkcə mobil telefonları deyil, həm də onların zəng çala biləcəyi uyğunsuz vaxtları da proqnozlaşdırırdı.

karikatura telefon teyit

1922-ci ilə aid qısa videoda simsiz telefonlardan istifadə edən iki qadını görmək olar.