Sosyal şəbəkədə paylaşılan iddiaya görə 1962-ci ildə İtaliya nəşr edilən bir jurnalda yerləşdirilən təsvir dünyanın 2022-ci ildəki vəziyyətini öncədən təxmin etmişdi. “Domenica del Corriere” adlı jurnalın arxa üzündə təsvir edilən şəkildə insanlar akvariuma oxşayan şəxsi maşınlarında səyahət edirlər.
Nostaljı Bakı vaxtı adlı səhifədə 17 may 2020 tarixində paylaşılan illustrasiya min nəfərdən çox istifadəçi tərəfindən bəyənildi və 501 istifadəçi tərəfindən paylaşıldı.
Sözügedən illustrasiya “La Domenica del Corriere” adlı jurnalın 1962-ci il buraxılışında istifadə edilib. Lakin rəsmin 2022-ci ildəki karantin rejimini təsvir etdiyini iddia etmək mümkün deyil. Bu rəsmlər şəhər tıxacları və onları azaltmaq üçün irəli sürülən təkliflərə əsasən hazırlanıb.
Tıxac problemi işıqlandırılıb
Rəssam Walter Molino tərəfindən çəkilən və “La Domenica del Corriere” jurnalının arxa tərəfinə nəşr edilən təsvirin orijinal halını Pinterestdə tapmaq mümkündür. Rəsmin sağ alt qismindəki “In città gireremo così?” başlıqlı qutuda bugün skuter olaraq adlandırılan kiçik nəqliyyat vasitələrinə bənzər vasitələrin tıxac problemini həll edə biləcəyini toxunulub.
1962-ci ildə nəşr edilən jurnalın üz qabığında isə Molinonun mövzuyla əlaqədar hazırladığı başqa bir illustrasiya mövcuddur. Üz qabığında, ABŞ-ın Nyu-York şəhərində, Yeni İl bayramı günü yaranan tıxac və arxa üzdəki Corc A. Compton adlı poçtalyonun maşınların üstündə qaçaraq, vəzifəsini yerinə yetirməyə çalışdığı təsvir edilib.
Komiks rəssamı Molino tərəfindən təsvir edilən rəsmlərin hazırda şəhərdaxili nəqliyyatda tez-tez istifadə edilən skuterlərə bənzədiyi dəqiq olsa da iddiada deyildiyi kimi, təsvirin 2022 ilinə aid olduğuna dair bir məlumat yoxdur.
Təsvir İtaliya ve ABŞ-da da gündəmə gəldi
ABŞ-da eyni iddia ilə gündəmə gələn təsvir haqqında təsdiqləmə platformu olan Snopes 15 may tarixində bir xəbər yayınladı. Xəbərdə təsvirin 1962-ci ilədə nəşr edildiyi, lakin 2022-ci ilə dair heç bir məlumat ifadə etmədiyi deyildi.
Jurnalın nəşr edildiyi ölkə olan İtaliyada təsvir biraz fəqli kontekstdə gündəmə gəldi. Burada təsvirin yeni koronavirusu təxmin etdiyi və epidemiya ilə birlikdə cəmiyyətdə yaşanan uzaqlaşmanın təsvir olunduğu iddia edildi. Ölkədə fəaliyyət göstərən FactaNews təsvirin tıxac problemi ilə əlaqədar olduğunu, 2022-ci il ilə və koronavirus epidemiyası ilə əlaqəsinin olmadığını vurğuladı.
Nəticə etibarilə 1962-ci ildəki təsvirlər gerçəkdir və La Domenica del Corriere adlı jurnalda nəşr edilmişdir. Lakin təsvir 2022-ci ili təxmin etmək və ya epidemiya sonrası gündəlik həyatdaki dəyişikliklərə toxunmaq məqsədilə deyil, tıxac problemini işıqlandırmaq üçün hazırlanıb. Beləcə bu iddianı yanlış məlumatın yeddi növündən biri olan kontekstdən yayınma olaraq xarakterizə etmək də olar.